İyul 8, 2026
Baku
Dünya Xəbərlər

“Ermənistanı müharibəyə sürükləyən mənəm” – Paşinyan

Armenia’s Prime Minister Nikol Pashinyan holds his annual press conference in Yerevan on January 31, 2025. (Photo by KAREN MINASYAN / AFP)

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətin onu ölkəni müharibəyə sürükləməsində ittiham etməsinə cavab verib.

Gundelik.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

“Onlar davamlı olaraq Ermənistanı müharibəyə sürüklədiyimi iddia edirlər. Ermənistanı müharibəyə sürükləyən mənəm, 2018-ci ilə kimi 18 yaşlı Ermənistan əsgərinin Ermənistan Respublikasının suveren ərazisindən kənarda nə işi var idi?

Üstəlik, onlar sizin nə övladlarınız, nə də nəvələrinizdi. Nə üçün nəvələrinizi, övladlarınızı bölgəyə göndərmədiniz? Cavab verin, övladlarınız o vaxt harada idilər və nə edirdilər?”, – deyə Paşinyan qeyd edib.

O, Petrosyan, Köçəryan və digərlərini israrla debata çağırıb. /unikal

Gundelik.az