Gundelik.az Siyasət Ermənistan 2026-cı ildə müdafiə büdcəsi xərclərini ciddi şəkildə artırmayacaq
Siyasət Xəbərlər

Ermənistan 2026-cı ildə müdafiə büdcəsi xərclərini ciddi şəkildə artırmayacaq

Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib ki, 2026-cı ildə müdafiə xərclərində ciddi artım olmayacaq.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

“2026-cı ilin dövlət büdcəsində müdafiə xərclərində ciddi artım olmayacaq və ya ümumiyyətlə olmayacaq. Bu, məntiqlidir. Təbii ki, biz vəziyyəti operativ şəkildə təhlil etməyə davam edəcəyik”, – Paşinyan bildirib.

Avqustun 8-də Ermənistan və Azərbaycan liderləri ABŞ prezidentinin vasitəçiliyi ilə İrəvanla Bakı arasında sülh sazişini paraflayıblar.

Ermənistanda 2025-ci ildə müdafiə xərcləri 20% artaraq 664 milyard dram (1,71 milyard dollar) təşkil edib.

Gundelik.az 

Exit mobile version