Gundelik.az Xəbərlər Ərdoğan və Zelenski arasında telefon danışığı olub
Xəbərlər

Ərdoğan və Zelenski arasında telefon danışığı olub

Ərdoğan və Zelenski arasında telefon danışığı olub
Türkoyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Gundelik.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Rabitə Müdirliyindən verilən məlumata görə, söhbət zamanı Türkiyə ilə Ukrayna arasında ikitərəfli münasibətlər, Ukrayna-Rusiya müharibəsi və sülh prosesi, həmçinin regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan bildirib ki, Türkiyə müharibənin ədalətli və qalıcı sülhlə başa çatması üçün səylərini davam etdirir. O, Alyaska və Vaşinqtondakı təmasları yaxından izlədiklərini vurğulayaraq, sülhün təmin olunacağı təqdirdə Türkiyənin Ukraynanın təhlükəsizliyinə töhfə verməyə davam edəcəyini qeyd edib.

Dövlət başçısı həmçinin iki tərəf arasında danışıqların gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb və Türkiyənin sülhə aparacaq yüksək səviyyəli təmasların asanlaşdırılması üçün hər cür dəstəyi verməyə hazır olduğunu bildirib.

Prezident Ərdoğan söhbət zamanı həmçinin Ukraynanın Müstəqillik Günü münasibətilə Prezident Zelenskini təbrik edib.

Gundelik.az 

Exit mobile version