Gundelik.az Dünya Latviyada NATO hərbçilərinin iştirakı ilə genişmiqyaslı təlimlərə start verilib
Dünya Xəbərlər

Latviyada NATO hərbçilərinin iştirakı ilə genişmiqyaslı təlimlərə start verilib

Latviyada NATO-nun iştirakı ilə “Namejs 2025” hərbi təlimləri başlayıb.

Gundelik.az xəbər verir ki, Latviya Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 2-dən oktyabrın 8-dək davam edəcək kompleks təlimlər ölkənin bütün ərazisində keçiriləcək.

Tədbirdə ABŞ də daxil olmaqla, təxminən 12 min Latviya və NATO hərbçisi iştirak edir. Təlimlər NATO-nun Şimal çoxmillətli bölməsinin qərargahı ilə birgə təşkil olunub.

Nazirlik bildirib ki, “Namejs 2025” milli müdafiə sistemi çərçivəsində dövlət qurumları, özəl sektor, müəssisələr və qeyri-hökumət təşkilatları arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsini nəzərdə tutur.

Qeyd olunub ki, inteqrə edilmiş milli müdafiə sisteminin əsas məqsədi dövlətin müdafiəsində hər bir dövlət orqanının konkret vəzifə və rolunu müəyyənləşdirməkdir.

Gundelik.az 

Exit mobile version