Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.
Görüş zamanı Ərdoğan Vaşinqtonda keçirilən Ağ Ev müxbirlərinin yeməyində baş vermiş hücum cəhdinə görə Trampa “keçmiş olsun” diləklərini çatdırıb. O, hadisəni demokratiyaya və mətbuat azadlığına qarşı yönəlmiş ciddi bir hücum kimi qiymətləndirib.
Türkiyə lideri hadisə zamanı yaralanan təhlükəsizlik əməkdaşına da tezliklə sağalmasını arzulayıb.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

