İrana qarşı yeni müharibə regiona fayda verməyəcək, əksinə, uduzan tərəf olacaq.
Gundelik.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında jurnalistlərə bildirib.
“İran və ABŞ arasındakı problemlərin dialoq yolu ilə həll olunmasını istəyirik. Hər iki ölkə ilə yüksək səviyyəli əlaqələr saxlayırıq. Biz divarlar tikmirik və ya münaqişələri alovlandırmırıq, əksinə, körpülər qururuq və sülh üçün təməl yaradırıq. İrana qarşı yeni müharibə heç kimə heç nə gətirməyəcək, əksinə, bölgəmiz yalnız uduzacaq. Biz sülhə sadiq qalırıq və bu məsələyə müsbət ümidlərlə yanaşırıq. Belə bir hərbi eskalasiyanın və artan gərginliyin bölgəmizdə daha böyük qeyri-müəyyənliyə səbəb olacağını izah etməyə davam edəcəyik. Diplomatiya qapısı açıq olduğu müddətcə ümid var. Biz bu ümidi qoruyub saxlayacaq və gücləndirəcəyik”, – deyə Ərdoğan qeyd edib.

