Gundelik.az Xəbərlər İqtisadiyyat İqtisadçı ekspert Ruslan Atakişiyev ölkə iqtisadiyyatı və inflyasiyanın artmasının əsas səbəbləri mövzusunda sualları cavablandırıb
İqtisadiyyat Xəbərlər

İqtisadçı ekspert Ruslan Atakişiyev ölkə iqtisadiyyatı və inflyasiyanın artmasının əsas səbəbləri mövzusunda sualları cavablandırıb

Hazırda ölkə iqtisadiyyatının əsas dayaq nöqtələri hansılardır?

  Hal-hazırda Azərbaycan iqtisadiyyatının əsasını neft və qaz məhsulları təşkiledir və bunun ixracı təşkil edir. Və bir növ ixraca baxılsa, hardasa yəni 90%-əyaxın sırf neft qaz məhsulları, ixracı dayanmaqdadır. Amma bundan yanaşı olaraq qeyri-neft sektoruna gəldiyimiz zaman isə son dövrlər əsasən mədən sənayesi önə çıxır, xüsusən də  qızıl mədən sənayesi, o cümlədən kənd təsərrüfatı məhsulları ki var, onların içərisində meyvəçilik,  tərəvəzçilik daha çox önə çıxır. Yəni iqtisadiyyatda geniş bir paya malikdir.
Sənaye istehsalı da daxili istehsala, o cümlədən qida sənayesi, iqtisadiyyatda geniş formalaşır və turizm də  son dövrlər   iqtisadiyyatda Azərbaycan iqtisadiyyatının belə deyək ki, əsas iqtisadi sahələrindən biridir.
İnflyasiyanın artmasının əsas səbəbləri nədir və onu cilovlamaq üçün hansı mexanizmlər effektivdir?
Ümumiyyətlə, inflyasiyanın formalaşmasına bir sıra amillər təsir göstərir. O cümlədən, Azərbaycanda inflyasiyaya təsir edən həm xarici, həm də daxili amillər mövcuddur. Kağız pulun, ümumilikdə isə pulun özü hər il qiymət artımı nəticəsində müəyyən qədər dəyərdən düşür. Buna görə də bütün ölkələrdə – istər aşağı, istərsə də yüksək səviyyədə – inflyasiyanın olması normal hal hesab olunur.
İnflyasiya mülayim inflyasiya, sürətli inflyasiya və hiperinflyasiya olmaqla hissələrə ayrılır. Mülayim, yəni birrəqəmli inflyasiya iqtisadiyyat üçün müəyyən dərəcədə stimullaşdırıcı xarakter daşıyır.
İnflyasiyanın dərinləşməsinə təsir edən makroiqtisadi amillər də mövcuddur. Bunlara qiymət artımı, ölkə iqtisadiyyatında gəlirlərin və xərclərin səmərəlilik əmsalı aşağı olan sahələrə yönəldilməsi, xüsusilə hərbiləşmiş iqtisadiyyatlarda hərbi xərclərin artması daxildir. Eyni zamanda iqtisadiyyatda süni gəlirlərin artırılması da inflyasiyaya təsir göstərir. Devalvasiya qorxusu və bunun yaratdığı həyəcan da müəyyən təsirlərə səbəb olur.

Bundan əlavə, xarici dönər valyutaların Azərbaycan milli valyutasına təsiri də inflyasiya prosesinə öz təsirini göstərir.

Tərtib etdi: Səid Mikayılzadə
Gundelik.az

Exit mobile version