Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də hərtərəfli islahatların aparılmasına çağırıb.
Bu barədə Gundelik.az “Bloomberg”ə istinadən xəbər verir.
Bu islahatlara Təhlükəsizlik Şurasında veto hüququnun ləğvi, daimi üzvlük institutunun ləğvi və Baş Assambleyanın səlahiyyətlərinin gücləndirilməsi daxildir.
Dərc olunmuş “BMT Təhlükəsizlik Şurasının Veto Hüququnu Ləğv Etməlidir” başlıqlı məqalədə Türkiyə lideri bu addımı BMT islahatının əsas elementi hesab etdiyini vurğulayıb.Türkiyə lideri həmçinin BMT Təhlükəsizlik Şurasının formalaşdırılması prinsipinin dəyişdirilməsini müdafiə edib. O hesab edir ki, daimi üzvlər olmamalı və ölkələr Baş Assambleya tərəfindən müəyyən müddətə rotasiya əsasında seçilməlidir. Ərdoğan qeyd edib ki, hər bir bölgənin problemləri xaricdən tətbiq edilən metodlarla həll edilə bilməz.
