İran heç bir təzyiqə və ya təhdidə boyun əyməyəcək.
Gundelik.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“İranla bağlı heç bir problemin hərbi həlli yoxdur. İran azadlıq və ərazisini qorumaq üçün əlində olan bütün vasitələrlə mübarizə aparmağa, eləcə də diplomatiyanı davam etdirməyə və müdafiə etməyə hazırdır”, – deyə o vurğulayıb.

