Evika Silinya Latviyanın baş naziri vəzifəsindən istefa verib.
Bu barədə Gundelik.az “Sputnik Latviya” nəşrinə istinadən xəbər verir.
Baş nazirin parlament qarşısında bəyanatla çıxış etməsi ehtimal edilsə də, o bunun əvəzinə Nazirlər Kabinetində mətbuat konfransı keçirib.
Qeyd edək ki, baş nazir Ukrayna PUA-larının (Pilotsuz Uçuş Aparatları – dron) Latviyada düşməsi ilə bağlı insident fonunda ölkənin müdafiə naziri Andris Sprudsun istefasından sonra postundan getdiyini açıqlayıb.

