Şanlıurfanın Karaköprü rayonunda bu gün saat 10:40 radələrində 5,4 maqnitudalı zəlzələ baş verib. Ətraf rayon və illərdə də hiss olunan zəlzələ şəhərdə qısa müddətli təşvişə səbəb olub. Hadisədən sonra ərazilərdə yoxlamalara başlanılıb.
Gundelik.az xəbər verir ki, zəlzələ anı təhlükəsizlik kameralarına da düşüb.
Görüntülərdə bəzi sakinlərin ev və iş yerlərindən çıxaraq açıq ərazilərə yönəldiyi görünür.
Jurnalistlərin peşə sevgisi kamerada
Zəlzələnin baş verdiyi an Urfanatik qəzetinin ofisindəki təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Kadrlarda sarsıntı başlayan kimi redaksiya əməkdaşlarının qısa müddətlik panikaya düşərək ofisdən çıxdığı görünür. Lakin bir qədər sonra onlar yenidən ofisə qaçaraq kompüterlərinin qarşısına keçib işlərini davam etdiriblər.
Hadisə zamanı xüsusilə hündürmərtəbəli binalarda olan insanların zəlzələni daha güclü hiss etdiyi bildirilir.
Videonu bu keçiddən izləyə bilərsiniz
Nurəddin Abdullayev
Gundelik.az

