Gundelik.az Elm və təhsil Əməkdar müəllim Kamal Camalov “İlin alimi” adına layiq görüldü
Elm və təhsil Xəbərlər

Əməkdar müəllim Kamal Camalov “İlin alimi” adına layiq görüldü

Azərbaycan elminin inkişafına uzun illərdir verdiyi sanballı töhfələr, dərin elmi araşdırmaları və gənc nəslin intellektual formalaşmasında oynadığı mühüm roluna görə Azərbaycan Respublikasının Əməkdar müəllimi, professor Kamal Camalov “İlin alimi” fəxri adına layiq görülüb.

Professor Kamal Camalovun elmi fəaliyyəti təkcə fundamental tədqiqatlarla deyil, eyni zamanda elmi düşüncənin gənc nəsillərə ötürülməsi, pedaqoji ənənələrin qorunması və inkişaf etdirilməsi ilə seçilir. Onun bilik, zəhmət və səbr üzərində qurulan elmi yolu Azərbaycan elmi ictimaiyyəti üçün örnək xarakteri daşıyır.

“Elmin səssiz, lakin dərin dünyasında” qoyduğu izlər bu gün Naxçıvan Müəllimlər İnstitutunun rektor əvəzi, çox hörmətli Elşən müəllim tərəfindən yüksək dəyərləndirilib. Professor Kamal Camalovun “İlin alimi” seçilməsi onun illərlə apardığı məqsədyönlü elmi fəaliyyətin, fədakar əməyin və elmi prinsipiallığın məntiqi nəticəsi kimi qiymətləndirilir.

Bu ali ad yalnız fərdi nailiyyət deyil, eyni zamanda elmin, biliklərin və intellektual zəhmətin qələbəsidir. Professor Kamal Camalov biliklə düşüncəni, zəhmətlə məsuliyyəti birləşdirərək elmin ruhuna həyat verən dəyərli alim kimi tanınır.

“İlin alimi” adına layiq görülməsi münasibətilə professor Kamal Camalovu təbrik edir, ona elmi fəaliyyətində yeni uğurlar və daim işıqlı bir yol arzulayırıq.

Biz də Gundelik.az saytı olaraq hörmətli alim,  Əməkdar müəllim Kamal Camalovu təbrik edirik.

Gundelik.az

Exit mobile version