Hər bir alim öz yaradıcılığı ilə elmi mühitə yalnız yeni fikir gətirmir, həm də düşüncə mədəniyyətinin formalaşmasına töhfə verir. O, elmin sakit görünən səmasında sözünün işığını yandırır və həmin işıq tədricən onun nüfuzuna çevrilir. Alimin nüfuzu vəzifə və ya tituldan ibarət deyil, məhz ortaya qoyduğu konseptual baxışdan, cəmiyyətə təqdim etdiyi sağlam elmi mövqedən qaynaqlanır.
Elmi arena rəqabət meydanı olmaqla yanaşı, həm də məsuliyyət tribunasıdır. Burada hər kəs danışa bilər, lakin hər fikir iz qoymur. İz qoyan zamanın sınağından çıxan, düşüncəyə istiqamət verən baxışlardır. Alim öz elmi dünyagörüşü ilə təkcə məqalə və kitab yazmır – o, məktəb yaradır, ardıcıllar yetişdirir, intellektual mühit formalaşdırır.
Məhz buna görə də həqiqi nüfuz təbliğatla deyil, təfəkkürün dərinliyi və mövqenin sanbalı ilə qazanılır. Elmdə söz sahibi olmaq üçün əvvəlcə fikir sahibi olmaq lazımdır; fikir isə yalnız zəhmət, ardıcıllıq və prinsipial mövqe ilə formalaşır.
Bu mənada, pedaqogika elmləri doktoru, Naxçıvan Müəllimlər İnstitutunun professoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Qızıl Qələm” mükafatı laureatı Kamal Camalov uzunmüddətli elmi fəaliyyəti, fundamental və tətbiqi araşdırmaları ilə elmin inkişafına mühüm töhfələr verərək 2024-cü ildə olduğu kimi 2025-ci ildə də “İlin alimi” adına layiq görülmüşdür. Onun elmi irsi yüksək nəzəri ümumiləşdirmə qabiliyyəti, metodoloji dəqiqliyi və cəmiyyət üçün praktik əhəmiyyəti ilə səciyyələnir. Bu ad Kamal Camalovun elmi nüfuzunun və intellektual zəhmətinin obyektiv göstəricisidir.
Professor Kamal Camalov 2025-ci ildə pedaqogika üzrə fəlsəfə doktoru, dosent Allahverdi Eminovun “Kosmik pedaqogika” adlı kitabına (Bakı: ADMİU-nun mətbəəsi, 2025, 120 səh.) və Afət İbrahimovanın “İmkan-hərəkət-yeni keyfiyyət” paradiqması əsasında formalaşdırılan testlər toplusu (Bakı: “Müəllim” nəşriyyatı, 2025, 185 səh.) iki elmi nəşrin məsləhətçisi kimi çıxış etmiş, eyni zamanda 30-dən artıq elmi məqalə ilə beynəlxalq konfranslarda fəal iştirak etmişdir. Onun bu fəaliyyəti elmi düşüncənin qlobal elmi mühitə inteqrasiyasına və müasir elmin aktual problemlərinin araşdırılmasına verdiyi sanballı töhfələrin bariz göstəricisidir.
Professor Kamal Camalov Bosniya–Hersoqovina, Özbəkistan, Kosova, İtaliya, Makedoniya, İran və Türkiyənin Bitlis, Diyarbakır, Ankara, Karabük, Elazığ, Kahramanmaraş, İstanbul, Ərzurum, Burdur, Antalya, Eskişehir, Sivas, İzmir və s. şəhərlərində keçirilən nüfuzlu elmi tədbirlərdə məruzələrlə çıxış edərək, Azərbaycan elminin intellektual potensialını beynəlxalq elmi müstəvidə layiqincə təmsil etmişdir. Bu çıxışlar onun elmi nüfuzunun coğrafi sərhədləri aşdığını və milli elmi fikrin qlobal elmi məkanla uğurla inteqrasiya olunduğunu nümayiş
etdirir.
İlin alimi Kamal Camalov yazır ki, elm yalnız bir sahə ilə məhdudlaşmamalı, cəmiyyətin yaddaşına və gələcəyinə eyni məsuliyyətlə xidmət etməlidir. Məhz bu yanaşmanın nəticəsidir ki, 2025-ci ildə onun Azərbaycanın elmi jurnallarında dərc olunmuş məqalələri də geniş maraq doğurmuşdur.
“Repressiya qurbanı Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığında Naxçıvan” adlı elmi araşdırmada milli ədəbiyyatın taleyi, tarixi ədalət və mənəvi
yaddaş bir elmi xətt üzərində birləşdirilmişdir. “İbtidai sinif şagirdlərində hafizə və yadda saxlamanı bərpa edən funksiyaların fəaliyyəti növləri” adlı məqalədə isə gələcəyin insanının formalaşmasında yaddaşın rolu elmi əsaslarla işıqlandırılmışdır. Bu araşdırmada ibtidai məktəb yaşlı uşaqlarda yaddaş proseslərinin formalaşması, inkişaf dinamikası və bərpaedici mexanizmlərin fəaliyyəti elmi əsaslarla təhlil edilmiş, təlim prosesində yaddaşın effektiv idarə olunması üçün praktik əhəmiyyət daşıyan nəticələr irəli sürülmüşdür. Bu əsərlər Kamal müəllimin elmi məsuliyyətini və cəmiyyət qarşısında daşıdığı missiyanı aydın şəkildə ifadə edir.
İlin alimi Kamal Camalov yazır ki, elmin səsi cəmiyyətə çatmadıqca öz missiyasını tamamlaya bilməz. Məhz bu baxımdan onun tarixi şəxsiyyətlər
haqqında yazdığı publisist yazıları da dövrü mətbuatın nüfuzlu nəşrlərində – 525-ci qəzetdə, “İki sahil” qəzetində, “Təzadlar” qəzetində və gündəlik.az internet portalında dərc olunaraq elmi düşüncənin ictimai müstəvidə təbliğinə xidmət etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi (3 fevral 2025), Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi (21 fevral 2025), Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi (4 aprel 2025), eləcə də “Əkinçi” qəzetinin nəşrinin 150 illik yubileyinin keçirilməsi ilə bağlı (25 aprel 2025) imzaladığı sərəncamlar milli- mədəni irsimizin qorunması və təbliği baxımından mühüm ictimai-siyasi və mənəvi əhəmiyyət daşıyır. Bu sərəncamlardan irəli gələrək, Kamal müəllim yubilyar şəxsiyyətlərin və mətbuat tariximizin görkəmli hadisələrinin elmi, ədəbi və ictimai dəyərini geniş
sərlövhəli publisistik yazılarında ardıcıl şəkildə təhlil etmiş, onların milli yaddaşın formalaşmasındakı rolunu əsaslandırmış, elmi mülahizələrlə oxucuya təqdim etmişdir. Kamal Camalovun bu istiqamətdə qələmə aldığı yazılar yalnız tarixi faktların xatırladılması ilə kifayətlənməyərək, milli-mənəvi dəyərlərin müasir dövrdə aktual interpretasiyasına xidmət etmiş, geniş oxucu auditoriyasının maariflənməsində əhəmiyyətli rol oynamışdır.
“Seyyida ölmərəm – aləmdə səsim var mənim” adlı yazıda görkəmli şair, maarifçi Seyid Əzim Şirvaninin təlim, tərbiyə və təhsil fəlsəfəsini geniş, həmçinin qüvvətli şəkildə ortaya qoyur. Kamal müəllim Seyid Əzim Şirvaninin sözlərini birdaha xatırladaraq yazır ki, insan yalnız cismani varlığı ilə deyil, bilgi, tərbiyə və yaradıcılığı ilə də əbədidir. Burada “səs” yalnız akustik fenomen deyil; o, bilgi, öyrədilən dəyərlər və mənəvi təsir metaforasıdır. Təhsil vasitəsilə müəllimlərin ötürdüyü bilik və dəyərlər, tərbiyə ilə formalaşan mənəvi mövqe, müəllifin səsi kimi gələcək nəsillərdə yaşamağa davam edir. Bu isə, hər bir təhsil prosesinin insanın əbədiliklərlə bağlı mənəvi iz buraxması kimi dəyərləndirilməsini təmin edir.
Kamal müəllim “Seyyida ölmərəm — aləmdə səsim var mənim” adlı yazısı ilə Seyid Əzimin ölümə qarşı fəlsəfi və pedaqoji mövqeyini göstərir: insan fiziki olaraq sona çatsa da, onun öyrətdiyi, tərbiyə etdiyi, söz və ideyaları aləmdə qalır. Bu baxımdan hər bir müəllim və təlimçi gələcək nəsillərdə səsini, ideyasını yaşadır.
Publisist məqalənin bu poetik-fəlsəfi ifadəsi göstərir ki, təhsil və tərbiyə yalnız bilik ötürmək deyil, insanın mənəvi və intellektual davamlılığını təmin edən əbədi bir prosesdir. Yazı oxucuya bir mesaj verir: insanın həqiqi ölməzliyi, onun sözündə, ideyasında, öyrətdiyi nəsildə yaşamaqla mümkün olur.
Beləliklə, “Seyyida ölmərəm – aləmdə səsim var mənim” adlı məqalədə yalnız poetik fraqment deyil; bu, təlim, tərbiyə və təhsilin insan həyatında əbədilik yaradan gücünü vurğulayan nümunəvi bir pedaqoji-fəlsəfi etirafdır. Seyid Əzim Şirvaninin “Seyyida ölmərəm – aləmdə səsim var mənim” ifadəsi yalnız pedaqoji-psixoloji-fəlsəfi yazı deyil; bu, təlim, tərbiyə və təhsil baxımından da dərin mənaya malik nümunədir.
Yazı göstərir ki: Təhsil insanın mənəvi və intellektual ölməzliyinin vasitəsidir;
Tərbiyə və söz vasitəsilə müəllifin ideyaları, düşüncələri gələcək nəsillərdə yaşamağa davam edir;
Pedaqoji yanaşma və təlim prosesi insanın ölümsüz səsinin aləmdə eşidilməsini təmin edən əsas mexanizmdir.
İlin alimi Kamal Camalovun 2025-ci ildə mətbuatda çap olunan “ÜzeyirHacıbəylinin pedaqoji irsi: ailədə övlad tərbiyəsinə nümunəvi baxış” adlı
məqaləsidir. Yazıda qeyd edilir ki, Üzeyir Hacıbəylinin pedaqoji irsi yalnız milli musiqi və mədəniyyət sahəsindəki fəaliyyətindən ibarət deyil, həm də ailə və övlad tərbiyəsinə nümunəvi yanaşmasından ibarətdir. Kamal müəllim “Üzeyir Hacıbəylinin pedaqoji irsi: ailədə övlad tərbiyəsinə nümunəvi baxış” adlı publisist yazını tədqiq-təhlil obyektinə çevrirərək Hacıbəylinin təlim, tərbiyə və təhsil fəlsəfəsini araşdırmaq imkanı imkanı əldə etmişdir.
Məqalədə Hacıbəylinin ailədə övlad yetişdirmə prinsipləri konkret nümunələrlə göstərilir. Burada ailə təkcə fiziki və sosial mühit kimi deyil, həm də
mədəni və mənəvi dəyərlərin ötürüldüyü əsas təlim-mühit kimi təqdim olunur. Yazıda vurğulanır ki, valideynin övladına verdiyi tərbiyə və öyrətdiyi dəyərlər gələcək nəsillərdə həm şəxsiyyət, həm də milli-mədəni irsin davamlılığını təmin edir.
Hacıbəylinin pedaqoji fəlsəfəsi yaradıcı və mənəvi inkişafı, musiqi və incəsənət vasitəsilə tərbiyə metodlarını birləşdirir. Bu yanaşma göstərir ki, təlim və tərbiyə yalnız nəzəri bilik ötürmək deyil, həm də yaradıcı bacarıq və mədəni irsin gələcək nəsillərə ötürülməsi prosesidir. Beləliklə, müəllif övlad tərbiyəsini bir sosial və mədəni məsuliyyət kimi təqdim edir, valideynin nümunəsi ilə öyrətmə prinsipini əsaslandırır. Elmi-təhlil baxımından yazı aşağıdakı aspektləri vurğulayır: Pedaqoji irs və ailə modeli – Hacıbəyli övlad tərbiyəsində nümunəvi və etik prinsipləri ön plana çəkir. Təlim və tərbiyənin əbədiliyi – öyrədilən dəyərlər və mənəvi mövqe övladın həyatında müəllifin “səsi” kimi yaşamağa davam edir. Müasir pedaqoji əhəmiyyəti – yazı ailə və məktəb mühitində təlim-tərbiyə yanaşmalarının optimallaşdırılmasına elmi işıq tutur.
Nəticə etibarilə, Kamal Camalovun bu yazısı yalnız publisist mətn deyil; pedaqoji fəlsəfənin, milli-mənəvi dəyərlərin və təlim-tərbiyənin simvolik bir nümunəsidir. Pedaqoq göstərir ki, hər bir valideyn və pedaqoq övladın inkişafında nümunəvi mövqe göstərməklə gələcək nəsillərdə əbədilik yarada bilər. Beləliklə, “Üzeyir Hacıbəylinin pedaqoji irsi: ailədə övlad tərbiyəsinə nümunəvi baxış” yalnız oxucuya məlumat vermir, həm də təlim-tərbiyə və pedaqoji irs məsələlərinə dərin elmi və mənəvi baxış təqdim edir. Bildiyimiz kimi Azərbaycan milli mətbuat tarixində “Əkinçi” qəzeti yalnız ilk mətbu orqan kimi deyil, eyni zamanda milli maarifçilik ideyalarının təşəkkülü və yayılması baxımından mühüm ideoloji platforma kimi xüsusi yer tutur. Kamal Camalovun “Əkinçi qəzetində maarifçilik ideyalarının yeri, rolu və əhəmiyyəti” adlı yazısı bu baxımdan XIX əsr Azərbaycan ictimai-fikri tarixinin əsas
problemlərindən birinə həsr olunmuş sanballı tədqiqat nümunəsi kimi diqqəti cəlb edir.
Yazının əsas tədqiqat obyekti “Əkinçi” qəzetinin səhifələrində təbliğ olunan maarifçilik ideyalarının mahiyyəti və funksional roludur. Müəllif maarifçilik anlayışını yalnız savadlanma problemi kimi deyil, milli oyanışın, sosial tərəqqinin və ictimai şüurun formalaşmasının əsas mexanizmi kimi təqdim edir ki, bu da mövzunun aktuallığını artırır.
Yazıda “Əkinçi” qəzetində irəli sürülən maarifçilik ideyaları sistemli şəkildə təhlil olunur. Müəllif aşağıdakı əsas istiqamətləri ön plana çəkir: xalqın elm və təhsilə cəlb olunması; cəhalət və mövhumata qarşı rasional düşüncənin təbliği; milli özünüdərkin formalaşdırılması; ictimai tərəqqi və mədəni inkişaf çağırışları. Bu ideyaların “Əkinçi”nin konkret məqalələri və mövzuları üzərindən əsaslandırılması yazının analitik dəyərini yüksəltmişdir. Təhlil zamanı “Əkinçi” qəzetinin fəaliyyət göstərdiyi tarixi-siyasi şərait düzgün şəkildə nəzərə alınmışdır. Müəllif XIX əsr Azərbaycan cəmiyyətində
mövcud olan sosial gerilik, savadsızlıq və dini fanatizmin maarifçilik ideyalarının zəruriliyini necə şərtləndirdiyini elmi əsaslarla izah edir. Bu yanaşma yazının tarixi obyektivliyini təmin edir.
Kamal Camalovun “Əkinçi qəzetində maarifçilik ideyalarının yeri, rolu və əhəmiyyəti” adlı yazısı əsasən tarixi-analitik və ideya-tarixi metodlara söykənir. “Əkinçi” qəzetinin materialları mətn kontekstində şərh olunur, maarifçilik ideyaları dövrün ictimai-siyasi prosesləri ilə əlaqələndirilir.
Metodoloji baxımdan yazı elmi ardıcıllıq və məntiqi bütövlük nümayiş etdirir. Məqalənin dili elmi-publisistik xarakter daşıyır. Yazıda terminoloji dəqiqlikqorunmuş, fikirlər aydın və ardıcıl şəkildə ifadə olunmuşdur. Müəllif emosional yüklü ifadələrdən uzaq duraraq faktlara və ümumiləşdirmələrə üstünlük verir ki, bu da mətnin akademik səviyyəsini artırmışdır. Yazının əsas elmi-publisist əhəmiyyəti “Əkinçi” qəzetinin maarifçilik missiyasını sistemli şəkildə ümumiləşdirməsindədir. Müəllif haqlı olaraq göstərir ki, “Əkinçi” yalnız dövrünün problemlərini işıqlandıran mətbu orqan deyil, eyni
zamanda Azərbaycan maarifçilik ideologiyasının təməl daşı olmuşdur.
Ümumilikdə, Kamal Camalovun “Əkinçi qəzetində maarifçilik ideyalarının yeri, rolu və əhəmiyyəti” adlı yazısı elmi-nəzəri baxımdan dəyərli, metodoloji
cəhətdən əsaslandırılmış və aktual bir tədqiqat nümunəsidir. Yazı Azərbaycan milli mətbuatının maarifçilik ənənələrinin öyrənilməsi istiqamətində mühüm elmi töhfə kimi qiymətləndirilə bilər.
Bəxtiyar Vahabzadə Azərbaycan ədəbi və ictimai fikir tarixində həm qüdrətli şair, həm də nüfuzlu pedaqoq kimi formalaşmış şəxsiyyətdir. Kamal Camalovun “Həm müəllim və həm də şair olan Bəxtiyar Vahabzadə” adlı məqaləsi bu ikili missiyanı vəhdətdə araşdırmaq baxımından aktual elmi mövzuya həsr olunmuşdur. Məqalədə əsas diqqət Bəxtiyar Vahabzadənin pedaqoji fəaliyyəti ilə poetik yaradıcılığı arasındakı ideya-mənəvi əlaqənin üzə çıxarılmasına yönəldilmişdir. Müəllif şairin müəllimlik missiyasını onun poeziyasında milli şüurun, ana dili və vətənpərvərlik ideyalarının formalaşmasında aparıcı amil kimi dəyərləndirir.
Yazıda Vahabzadənin yaradıcılığı tarixi-ideoloji kontekst daxilində təqdim olunur. Sovet dövrünün məhdudiyyətləri şəraitində onun həm auditoriyada, həm də poeziyada milli düşüncəni qorumaq və ötürmək istiqamətində göstərdiyi mövqe elmi əsaslarla şərh edilir. Metodoloji baxımdan məqalə bioqrafik və ideya-tematik yanaşmaların vəhdətinə əsaslanır. Bu yanaşma Bəxtiyar Vahabzadə fenomeninin bütöv şəkildə təqdim olunmasına imkan yaradır. Məqalənin dili elmi-publisistik üslubda, terminoloji baxımdan dəqiq və məntiqi ardıcıllıqla qurulmuşdur.
Nəticə etibarilə, sözügedən məqalə Bəxtiyar Vahabzadənin müəllim-şair obrazını sistemli şəkildə təhlil edən, elmi-nəzəri baxımdan əhəmiyyətli bir tədqiqat nümunəsi kimi qiymətləndirilə bilər və Azərbaycan ədəbi-pedaqoji fikrinin öyrənilməsində mühüm töhfə verir.
İlin alimi, pedaqogika elmləri doktoru, Naxçıvan Müəllimlər İnstitutunun professoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Qızıl Qələm” mükafatı laureatı, ictimai-siyasi xadim Kamal Camalova gələcək elmi fəaliyyətində uğurlar, yaradıcılıq ilhamı və tədqiqatlarında yeni-yeni nailiyyətlər
arzulayırıq. Kamal Camalovun zəhməti, bilik və təcrübəsi gənc alimlər üçün nümunə olacaq, milli-mədəni irsimizin təbliğinə xidmət edəcək və geniş oxucu auditoriyası üçün ilham mənbəyi kimi qalacaqdır. Ümid edirik ki, professorun elmi uğurları bundan sonra da həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycan elminin nüfuzunu daha da yüksəldəcəkdir.

HİKMƏT ƏBDÜL oğlu ƏLİZADƏ
Pedaqogika elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın Üzvü
Gundelik.az