Gundelik.az Elm və təhsil Ədəbiyyat HEYDƏR ƏLİYEVİN DÖVLƏTÇİLİK TƏLİMİ VƏ MÜASİR DÖVR
Ədəbiyyat

HEYDƏR ƏLİYEVİN DÖVLƏTÇİLİK TƏLİMİ VƏ MÜASİR DÖVR

Görkəmli dövlət xadimi Heydər Əliyevin coxillik ictimai-siyasi fəaliyyəti geniş bir epoxanı əhatə edir. Sovet rejiminin inkişafda olan dövrü mürəkkəb keçid prosesleri, azərbaycanın dövlət müstəqilliyi mərhələsi kimi səciyyələnən bir epoxanın aparıcı şəxsiyyətlərindən, əsas simalarından olan Heydər Əliyevin böyük siyasətdə keçdiyi çətin və şərəfli yol, ən çətin məqamlarda onun tutduğu obyektiv və qəti mövqe, atdığı düşünülmüş addımlar, əldə etdiyi ciddi və mühüm nəticələr əslində çox mənalı və ibrətamiz və qəti mövqe, atdığı düşünülmüş addımlar, əldə etdiyi ciddi və mühüm nəticələr əslində çox mənalı və ibrətamiz məktəbdir.
Heydər Əliyev siyasi kursu bu böyük dühanın parlaq adını və çoxcəhətli fəaliyyətini, geniş dünyagörüşünü və mənalı irsini əhatə edən zəngin dövlətçilik təlimi, siyasi-ideoloji baxışlar sistemidir; Heydər Əliyev siyasi kursu – qlobal yanaşma ilə milli dəyərlərin vəhdətindən yoğrulmuş düşünülmüş yetkin təlimdir;
Heydər Əliyev siyasi kursu – milli dövlətçilik təliminin strategiyasından, xalqın inkişaf dialektikasının taktikasından ibarətdir. O, böyük siyasətin uzaqvuran topu, ağır artilleriyası idi; Heydər Əliyev siyasi kursu – xalqı bir yumruq kimi birləşdirən, yaşadan, səfərbər edən və daha böyük gələcəyə aparan gerçəkçi siyasətin ifadəsidir;
Nəhayət Heydər Əliyev siyasi kursu – cəmiyyət həyatının, ümummilli inkişafın əbədiyyət ünvanlı lokomotividir.
Böyük sınaqlardan çıxmış Heydər Əliyev siyasi kursunun nüvəsini, cövhərini Azərbaycançılıq təlimi təşkil edir. Azərbaycançılıq coxcəhətli istiqamətlərə malik olan Heydər Əliyev siyasi kursunun tac damarıdır. Müstəqil Azərbaycan isə universal zəkaya malik olan Heydər Əliyev dühasının şah əsəridir. Məhz Heydər Əliyevin ağıllı və uzaqgörən siyasəti nəticəsində Azərbaycançılıq təlimi müstəqil Azərbaycanın dövlətçilik ideologiyasına çevrilmişdir. Bu görkəmli dövlət xadimi ilk dəfə olaraq dünya azərbaycanlılarını vahid Vətən amalı ətrafında birləşdirmişdir.
Dünya Azərbaycanlılarının qurultayı tarixə dünyanın müxtəlif qitələrinə səpələnmiş Azərbaycan xalqı nümayəndələrinin Heydər Əliyev forumu kimi daxil olmuşdur.
“Hamımızın bir vətəni var. Bu – Azərbaycandır” kimi ata sözünə çevrilmiş müdrik kəlamın da müəllifi Heydər Əliyevdir. Dünya Azərbaycanlıları ilə iş üzrə Dövlət Komitəsi Heydər Əliyevin milli dövlətçilik strukturuna daxil etdiyi qurumdur. Xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılması, milli lobbiçilik hərəkatının başlanması və inkişaf etdirilməsi də Heydər Əliyevə aid olan tarixi xidmətlərdir.
Heydər Əliyev 50 milyonluq dünya azərbaycanlılarının lideridir. Heydər Əliyevin azərbaycançılıq təlimi tarixi dəyərlərlə müasir inkişafı özündə cəmləşdirir.
Heydər Əliyev siyasi kursunun ana maddəsi xalqımızın dövlət müstəqilliyindən ibarətdir. Uzaqgörən dövlət xadimi kimi o, hələ sovet hakimiyyəti illərindən etibarən Azərbaycanın dövlət müstəqilliyinə doğru düşünülmüş qəti addımlar atmışdır. Böyük siyasi-ideoloji çətinliklərə baxmayaraq, Azərbaycan dilini dövlət dili kimi Azərbaycan Sovet Respublikasının konstitusiyasına daxil etməsi Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindəndir. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi təşkil etməsi böyük gələcək naminə milli hərbçi kadrlarının hazırlanması üçün baza yaratmağa xidmət edirdi. Beləliklə, Heydər Əliyevin Sovet hakimiyyəti illərində həm milli şüurun, həm də milli kadrların formalaşdırılması istiqamətində apardığı ardıcıl iş, həyata keçirdiyi məqsədyönlü dövlət siyasəti
xalqımızı gələcək müstəqilliyə hazırlamağa xidmət etmişdir.
Azərbaycan müstəqillik qazandıqdan sonra görkəmli dövlət xadimi Heydər Əliyevin çoxcəhətli siyasi fəaliyyəti daha geniş miqyas almış, sistemli, ardıcıl və açıq xarakter daşımışdır. 1990-cı ilin şaxtalı qış günlərində Moskvadakı Azərbaycan Daimi Nümayəndəliyinə gələrək respublikada 20 yanvar faciəsi törətmiş sovet İttifaqı rəhbərliyini kəskin şəkildə ittiham edən qətiyyətli bəyanatla çıxış etməsi Heydər Əliyevin yeni tarixi epoxanın başlanğıcında müstəqillik uğrundakı mübarizəsinin parolu kimi böyük əhəmiyyət kəsb edir. Bundan sonra taleyin hökmü ilə doğulub boya-başa çatdığı Naxçıvanda yaşayıb-işləməsi onun doğma xalqının dövlət müstəqilliyi uğrunda mübarizəsinə rəhbərlik etməsinə meydan açmışdır. Qarabağ savaşının zor, çətin, mürəkkəb dövründə o Naxçıvan Muxtar Respublikasının əhalisini öz ətrafında birləşdirərək Azərbaycanın bu qədim diyarını erməni işğalından xilas etmişdir. Heç tərəddüd etmədən xilas olmuş Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin müstəqil Azərbaycana mühüm ərməğanı, böyük xidmətidir.
Naxçıvan parlamentində böyük öndərin sədrliyi ilə əsas milli dövlətçilik atributu olan üçrəngli bayrağın Azərbaycan Respublikasının dövlət rəmzi kimi qəbul edilməsi müstəqillik dövrü tariximizin ən şanlı hadisələrindən biridir. Onun təşəbbüsü sayəsində Naxçıvanın muxtariyyət statusunu ifadə edən formatdan “Sovet Sosialist” sözlərinin çıxarılması yalnız və yalnız müstəqilliyə xidmət edən ciddi siyasi
hadisədir. Naxçıvanda mövcud olan sovet ordusu hissələrini dinc yolla tərksilah etməsi, həmin ordu birləşmələrinin mülkiyyətini, silah-sursatını qansız-qurbansız Muxtar Respublikanın balansına keçirməsi, milli ordunun təməlini qoyması müstəqillik uğrunda mübarizədə Heydər Əliyevə məxsus qəhrəmanlıqdır. Nəhayət, Naxçıvanda çalışdığı illərdə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü
kimi qəbul etməsinə dair qəbul etdiyi tarixi qərar bu gün dünənkindən də aktual və
əhəmiyyətlidir.
Heydər Əliyev siyasi təlimində xüsusi əhəmiyyətə malik olan məsələlərdən biri də ictimai-siyasi sabitlikdir. Ölkədə təhlükəli vəziyyət yaradan, qorxu, vahimə oyadan, çaşqınlıq toxumları səpən gizli silahlı dəstələrin, qətiyyətlə zərərsizləşdirilməsi, Heydər Əliyevin ictimai-siyasi sabitliyi təmin etmək baxımından həllinə nail olduğu əsas mənbələrdən biri idi. Bu mənada, Azərbaycanda bərqərar olan sabitlik görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən ölkəmizə bəxş edilmiş böyük ərməğandır, əvəzsiz nemətdir. Sabitlik – Heydər Əliyev inkişaf strategiyasının
siyasi-ideoloji və hüquqi təminatıdır.
Ulu öndər Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyin baş memarıdır. Dövlət quruculuğu prosesini düşünülmüş şəkildə irəli aparan Heydər Əliyevin dünya təcrübəsinə, ölkəmizin imkanlarına və təlabatlarına uyğun şəkildə dövlət qrumlarının formalaşdırılması, gərəksiz təşkilatların, ləğv edilməsi, ehtiyacı olan yenilərinin yaradılması yollarındakı səyləri özünəməxsus dövlətçilik siması olan müstəqil bir ölkənin formalaşdırılması ilə nəticələnmişdir. Qeyri-peşəkar kadırların yüksək ixtisaslı, təcrübəli mütəxəssislərlə əvəz edilməsi də dövlət quruculuğu sahəsində böyük irəliləyişin təmin edilməsinin hərəkətverici qüvvəsinə çevrilmişdir. Nəticədə Azərbaycanda cəmiyyət həyatını irəliyə aparan, müstəqillik şəraitində qarşıda duran problemləri həll etməyə qadir olan, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən güclü bir dövlət strukturu ərsəyə gətirilmişdir. Heydər Əliyevin tarazlaşdırılmış, balanslaşdırılmış xarici siyasəti onun adı ilə bağlı olan siyasi təlimin ana maddələrindən biridir. Heydər Əliyev müstəqilAzərbaycan dövlətinin xarici siyasət strategiyasını müəyyən edərkən tarazlaşdırılmış
siyasi yanaşmanı əsas kimi qəbul etməyi vacib saymışdır. Tarazlaşdırılmış xaricisiyasət dövlətimizin maraqlarına uyğun olan ölkələrin hamısı  ilə əlaqə yaratmağa, münasibətləri daha da inkişaf etdirməyə şərait yaradan müstəqil siyasi yanaşma kimi özünü doğrultmuşdur. Bu yanaşma Azərbaycan dövlətinin siyasi mühitdə böyük dövlətlərin şərtlərini deyil, öz ölkəsinin maraqlarını əsas götürməsini şərtləndirmişdir. Siyasətin bu formatı beynəlxalq aləmdə Azərbaycana çoxlu dost ölkələr və etibarlı tərəfdaşlar qazandırmışdır. Nəhayət bu siyasi format Azərbaycanın müstəqil sürətdə xarici siyasət yeridə bilməsini təmin etmişdir.
Neft strategiyasının əsasını qoymuş Heydər Əliyev müstəqil dövlətimizin taleyində neft sənayesinin xüsusi rolunu və əhəmiyyətini lazımı səviyyədə dəyərləndirmişdir. Neft strategiyasının beynəlxalq layihələrin, iqtisadi proqramların həllinə doğru istiqamətləndirilməsi ölkəmizdə bu tükənməz sərvətdən əldə olunan gəlirin qat-qat artıqlamasına rəvac vermişdir. “Bakı-Tibilisi-Ceyhan” neft ixrac boru kəməri, “Bakı-Tibilisi Ərzurum” qaz kəməri, “Bakı-Tibilisi-Qars” dəmir yolu layihələri də Ceyhana uzanan nəhəng magistralı tamamlayır. Beləliklə, neft siyasəti
Azərbaycanın hərtərəfli inkişafının əsas generatoru statusunu qazanmışdır. Hətta respublikamızda qeyri-neft sektorunun inkişafı da uğurlu neft strategiyasının bəhrəsidir.
Sosial yönümlü büdcə siyasəti də Heydər Əliyev siyasi kursuna aiddir və ardıcıl olaraq xalqın həyat səviyyəsinin yüksəldilməsinə dövlət qayğısı siyasətini izləyir. Sovet dövründən fərqli olaraq, Prezident təqaüdü formatında rəğbətləndirmənin təsis edilməsi Müstəqil Azərbaycanın adlı-sanlı ziyalılarının, alimlərin və mədəniyyət xadimlərinin qorunub saxlanmasına, yaşadılmasına uğurla xidmət edir. Vaxtaşırı Prezident mükafatlarının verilməsi də ölkəmizdə yeni nəslə, böyük istedadlara dövlət dəstəyinin əməli ifadəsidir. Məhz bunların sayəsində “Heydər – xalq, xalq – Heydər” formatında müdrik ata sözləri formalaşmışdır.
Heydər Əliyev siyasi kursu daim inkişafda olan bir təlim olaraq yaşayır vəhəmişə müstəqilliyimizin daha da möhkəmləndirilməsinə təkan verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu böyük və sınaqlardan çıxmış dövlətçilik strategiyasını yaradıcı şəkildə və böyük səriştə ilə davam və inkişaf etdirir.
Ümumiyyətlə yeni dövrün görkəmli siyasətçisi və dövlət xadimi kimi möhtərəm Prezidentimiz İlham Əliyev üçün böyük siyasətdə, beynəlxalq münasibətlərdə, ölkədaxili məsələlərin həllində, dövlət idarəçiliyində Heydər Əliyev siyasi təlimi möhkəm təməl, ən etibarlı bünövrədir. İlham Əliyev hakimiyyəti həmin qranit dövlətçilik peyedestalı üzərində ucalır. Prezident İlham Əliyev özünü təsdiq etmiş Heydər Əliyevin dövlətçilik təlimini əsas kimi qəbul etməklə yanaşı bu həmişəyaşar siyasi kursu yeni dövrün, dünya düzəninin gerçəklərinə uyğun olaraq daim inkişaf etdirir, qiymətli əlavələrlə zənginləşdirir. Hadisələrə və proseslərə tarixi baxışla bir sıra dünyanın hazırkı reallıqlarının və yeni dövlətçilik təfəkkürlərinin işığında yanaşmaq, qiymət vermək və bütün bunlara uyğun olaraq əsaslı qərarlar qəbul etmək İlham Əliyev idarəetməsinin əsasını təşkil edir. Prezident İlham Əliyevin şəxsində siyasi varisliklə novatorluq, ənənə ilə genişlənmə, müasirləşmə vəhdət təşkil edir. Məsələnin bu cəhəti dövlət başçımızı dünyada son illərdə meydana çıxmış yeni dövlət başçılarından fərqləndirir və ölkəmizə böyük uğur gətirir. Bütün bunlar Prezident İlham Əliyevin yeni tipli dövlət başçısı olduğunu, bütövlükdə yeni əsrin görkəmli siyasi liderlərindən biri səviyyəsinə yüksəldiyini əyani şəkildə nümayiş etdirir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ümummilli liderimiz Heydər Əliyevdən yeni tipli dövlət xadimi İlham Əliyevə qədər hərtərəfli inkişaf yolunu davam etdirməkdədir. Naxçıvan Muxtar Respublikasına müstəqil Azərbaycan ərazi bütövlüyünün qorunub saxlanması, düşmən qarşısında sipər-qala salınması, Türkiyə-Avropa, İran-Şərq qapısı kimi xüsusi önəm ver ümummilli lider Heydər Əliyevin strateji xətti sonrakı illərdə də dönmədən həyata keçmişdir. Heydər Əliyevin böyük uzaqgörənliyi sayəsində Türkiyə ilə Naxçıvan arasında Sədərək-Dilucu körpüsü salınmaqla mühüm strateji məqsədlərə yol acmışdır. Prezident İlham Əliyevin 2007-ci ildə rəmzi lentini kəsdiyi Şahtaxtı-Poldəşt körpüsü blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasına yeni həyat nəfəsi bəxş etmişdir. Naxçıvanda yeni bir Şərq-Qərb nəqliyyat dəhlizi formalaşdırılmışdır. Bakı-Tibilisi-Qars dəmir yolu marşurutunun yaxın gələcəkdə
Qars-Iğdır-Sədərək-Şərur vasitəsilə Naxçıvana birləşdirilməsi layihəsinin reallaşdırılacağı barədə ölkə Prezidenti səviyyəsində səslənən bəyanatlar regionda böyük inkişafa təkan verəcəkdir. Vaxtilə təməlləri görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən atılmış Naxçıvana qaz çəkilişi, Naxçıvan Beynəlxalq hava Limanının tikilişi, Vayxır su anbarının inşası kimi iri həcmli layihələrin Prezident İlham Əliyev tərəfindən başa çatdırılaraq xalqın istifadəsinə verilməsi vahid siyasətin, böyük siyasi kursun konkret regiondakı bəhrələridir. Sənayeləşmə
sahəsinin dirçəldilməsi, energetika sektorunun əsaslı şəkildə yenidən qurulması, məktəb tikintisinin və kompyuterləşmənin sürətlə inkişaf etdirilməsi, quruculuq proseslərinin geniş vüsət alması Naxçıvan Muxtar Respublikasına yönəldilmişsiyasətin özünün strateji məqsədlərinə çatdığını göstərir.
Göründüyü kimi, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan mükəmməl dövlətçilik təlimi müstəqil Azərbaycan dövlətinin inkişafının böyük siyasi təməlini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu böyük dövlətçilik və müstəqillik təlimini yaradıcı şəkildə davam etdirməsi, zəruri əlavələr və yeniliklərlə zənginləşdirilməsi Azərbaycanımızı beynəlxalq aləmdə, regionda, ölkə daxilində hər yerdə tərəqqi, inkişaf, rifah və xoşbəxtlik bəxş edir. Prezident İlham Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin qüdrətli memarı, geniş mənada isə bütövlükdə yeni çağın, müasir dövrün görkəmli siyasi lideridir. Müstəqil Azərbaycan yeni tarixi mərhələdə bu yetkin, əsaslandırılmış siyasi təlimin işığında böyük sabahlara doğru qətiyyətlə addımlamaqda davam edir.

KAMAL CAMALOV

PEDAQOGİKA ELMLƏR DOKTORU

NAXÇIVAN MÜƏLLİMLƏR İNSTİTUTUNUN PROFESSORU
AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏKDAR MÜƏLLİMİ

“QIZIL QƏLƏM” MÜKAFATI LAUREATI

Gundelik.az

Exit mobile version