İyul 8, 2026
Baku
Elm və təhsil Xəbərlər

Elm və Təhsil Nazirliyi daha bir işlərə start verir – 7,9 milyon manat sərf olunacaq

Azərbaycanda ümumtəhsil müəssisələrinə “maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra mallar alınacaq.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, artıq bununla bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi müvafiq işlərə start verib.

Nazirlik hələlik sözügedən işlərin hansı təhsil müəssisələrində aparılacağını açıqlamasa da, qeyd olunan işlərin 7,9 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Eyni zamanda, nazirlik hazırda bəhs olunan işləri icra edəcək şirkət axtarışındadır.

Qeyd edək ki, nazirlik Azərbaycanda bir sıra məktəbəqədər təhsil müəssisələrində təmir və abadlıq işlərinin aparılması ilə bağlı 9,8 milyon manatlıq, eləcə də bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizat üçün avadanlıqların alınması ilə bağlı isə 9,3 milyon manatlıq işlərə başlayıb.

Gundelik.az