Avqust 23, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Əhaliyə yeddi ayda 6 milyard manatdan çox sosial ödəniş edilib

2026-cı ilin yanvar–iyul ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 6,12 milyard manatdan çox vəsait ödənilib.

Bu barədə Gundelik.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 568,8 milyon manat və ya 10,3% çox olub.