“TSB Lizing” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Gundelik.az yurd.media-ya istinadən xəbər verir ki, şirkət inzibati xəta törədilən BYD markalı minik avtomobilini idarə etmiş fiziki şəxs haqqında məlumatı Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi tərəfindən sorğu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim etməyib.
Bildiriş və xəbərnamədən görünür ki BYD avtomobilini idarə edən şəxs tərəfindən Ələt-Astara yolunun 142-ci kilometrliyində, Astara istiqamətində İnzibati Xətalar Məcəllənin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilib.
Sorğuya cavab verilmədiyi üçün MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə “TSB Lizing” 300 manat cərimə olunub.
Qeyd edək ki, 100 manat nizamnamə kapitalı ilə 2 il əvvəl yaradılmış “TSB Lizing”in direktoru İsmayıl İsmayılovdur.

