Sentyabr 17, 2026
Baku
Ölkə Xəbərlər

DVX-nin Baş İdarəsinə rəis təyin edilib – FOTO

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə rəis təyin edilib.

Gundelik.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı DVX rəisi Orxan Nəzərli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kamran Səfərəliyev Baş idarənin rəisi vəzifəsinə təsdiqlənib. O, bundan əvvəl Baş İdarənin rəis müavini vəzifəsində çalışıb və ötən ilin noyabrından rəis vəzifəsini müvəqqəti icra edib.

Bundan əlavə, müvafiq əmrlə Elçin Allahverdiyev isə İqtisadi təhlil idarəsinin rəisi vəzifəsinə təsdiqlənib. O, bundan əvvəl həmin idarənin rəis müavini olub və rəis vəzifəsini müvəqqəti icra edib.

Fotoda: Kamran Səfərəliyev