İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Dünyanın ilk tam günəş enerjisi ilə işləyən motosikleti təqdim olundu

Dünyada alternativ enerji ilə çalışan nəqliyyat vasitələrinin inkişafı sürətlənir. Bu sahədə növbəti yenilik tam günəş enerjisi ilə işləyən və avtonom sistemə malik ilk motosikletin təqdim olunması olub.
Newsweek nəşrinin məlumatına görə, MASK Architects memarlıq şirkəti tərəfindən hazırlanan “Solaris” adlı konsept motosiklet “çevik, güclü və yüngül” dizaynı ilə seçilir. Şirkət bildirir ki, bu model mövcud texnoloji sərhədləri aşmaq məqsədi ilə hazırlanıb.
Solaris-in əsas fərqi onun xarici enerji mənbəyinə ehtiyac duymamasıdır. Motosikletin səthinə inteqrasiya olunan günəş panelləri vasitəsilə enerji toplanır və bu enerji birbaşa elektrik mühərrikini qidalandırır. Park vəziyyətində isə əlavə açılan günəş panelləri sayəsində daha çox enerji yığmaq mümkündür.
Mütəxəssislərin sözlərinə görə, layihə hazırda konsept mərhələsindədir və kütləvi istehsala buraxılmayıb. Lakin Solaris gələcəkdə ekoloji təmiz, dayanıqlı və müstəqil nəqliyyat vasitələrinin necə ola biləcəyini göstərən mühüm nümunə kimi dəyərləndirilir.
Qeyd edək ki, bu cür texnologiyalar yanacaq asılılığını azaltmaq, karbon emissiyasını minimuma endirmək və alternativ enerji mənbələrinin nəqliyyatda rolunu artırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Mənbə: *Newsweek”
Hazırladı : FƏRİDƏ SADIQZADƏ
Gundelik.az