Dayanıqlı Operativ və Sosial Təminat Agentliyi (DOST) “B2B Group” şirkəti ilə müqavilə bağlayıb.
Bu barədə Gundelik.az qurumdan məlumat əldə edib.
Belə ki, müqavilədə proqram təminatı, lisenziya, domain və sertifikatların satın alınması nəzərdə tutulub.
Sözügedən müqavilənin maliyyə dəyəri 3 482 531 manat olaraq müəyyənləşib.
