ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin üzərindən bir ay keçib. Tehranda rejim devrilməyib, İran parçalanmayıb və hələ də döyüş qabiliyyətini qoruyur. Buna baxmayaraq, Tramp hər gün israrla “Biz qazandıq” deyir.
Bu ritorikanın arxasında daxili siyasətdən tutmuş danışıqlar strategiyasına, imic və müharibənin maliyyətinə qədər müxtəlif amillər dayanır.
Fevralın sonunda ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı hücumları qlobal balansı ciddi şəkildə sarsıtdı. Müharibənin ilk günlərində Qərb mediasında ümumi fikir belə idi ki, İran rejimi uzun müddət davam gətirə bilməyəcək.
Çünki ölkədə uzun müddətdir davam edən kütləvi etirazlar var idi. Hesab edilirdi ki, rejimi təmsil edən əsas fiqurlar aradan götürülsə, xalq küçələrə çıxacaq və ABŞ ilə İsrail az itki ilə məqsədlərinə çatacaq.
Amma gözləntilər özünü doğrultmadı. Müharibədən əvvəl qoyulan hədəflərin demək olar ki, heç biri həyata keçmədi. Nəticədə İran hələ də mübarizə aparır.
Qeyri-müəyyən vəziyyət və “qələbə” ritorikası
Hazırda vəziyyət qeyri-müəyyəndir: bir tərəfdən danışıqlar masası qurulmaq istənilir, digər tərəfdən isə hər iki tərəf hücumları davam etdirir.
Son iki həftədə diqqət çəkən əsas məqam isə Trampın reallıqla tam uyğun gəlməyən şəkildə davamlı olaraq “Biz qazandıq” deməsidir.
Bu sözlərin səbəbi nədir?
Hacı Bayram Veli University müəllimi Doç. Dr. Levent Ersin Orallıya görə, Tramp da əslində müharibənin bitmədiyini bilir.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

