ABŞ prezidenti Donald Tramp İranla bağlı münaqişədə atəşkəsin müddətini uzadaraq tərəflərə əlavə vaxt verib. Atəşkəs çərşənbə günü bitməli idi. Lakin Trump onun müddətini qeyri-müəyyən vaxta qədər uzadıb. Məqsəd İranın müharibəni dayandırmaq üçün “vahid təklif” hazırlamasına şərait yaratmaqdır. ABŞ vitse-prezidenti JD Vance Pakistanın paytaxtı Islamabad şəhərində keçiriləcək danışıqlara qatılmalı idi. Ancaq:
Səfər rəsmi elan olunmadı
İranın iştirak edib-etməyəcəyi bəlli olmadı
Görüş nəticədə təxirə salındı
Tramp bildirib ki, bu addım Pakistan tərəfindən edilən vasitəçilik xahişinə əsasən atılıb. Məqsəd tərəflər arasında razılıq əldə etmək üçün vaxt qazanmaqdır.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
