ABŞ Prezidenti Donald Trump bildirib ki, İran ya danışıqlar masasına oturacaq, ya da indiyə qədər qarşılaşmadığı ciddi problemlərlə üzləşmək məcburiyyətində qalacaq.
Mühafizəkar radio proqramı The John Fredericks Show-a telefonla qoşulan Trump, İranın sonda mütləq danışıqları seçəcəyinə inandığını deyib.
Trump qeyd edib: “Əlbəttə, danışıqlar aparacaqlar. Əgər etməsələr, əvvəllər heç görmədikləri problemlərlə qarşılaşacaqlar.”
O, İranın ölkəsini yenidən qurması üçün ədalətli bir razılaşma əldə etməsini ümid etdiyini, lakin bu prosesdə nüvə silahına çıxışın qəti şəkildə qarşısının alınacağını vurğulayıb. Nüvə silahı ilə bağlı xəbərdarlıq
Trump bir daha bəyan edib ki, İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcək. Onun sözlərinə görə, bu, dünya üçün böyük bir fəlakətə səbəb ola bilər:
“Onların nüvə silahı olmayacaq, belə bir şansları da olmayacaq. Buna icazə verə bilmərik, bu, dünyanın sonu ola bilər.”
“Başqa seçimimiz yox idi”
ABŞ-ın İran siyasətini müdafiə edən Trump bildirib ki, atılan addımlar zəruri idi:
“Deməliyəm ki, İran məsələsində başqa seçimimiz yox idi. Biz bunu etməli idik.”
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
