ABŞ prezidenti Fox News-a verdiyi müsahibədə İranla müharibə və sülh danışıqlarının gedişini qiymətləndirib. O, müharibə ilə bağlı danışarkən daha çox keçmiş zaman ifadələrindən istifadə edib. Müharibənin həqiqətən bitib-bitmədiyi soruşulduqda isə belə deyib:
“Düşünürəm ki, bitməyə çox yaxındır. Mən vəziyyəti demək olar ki, bitmiş hesab edirəm.”
Tramp əlavə edib ki, əgər ABŞ hazırda bölgədən tam geri çəkilsə, İranın yenidən toparlanması 20 il çəkə bilər:
“İşimiz hələ bitməyib, nələrin olacağını görəcəyik. Amma düşünürəm ki, onlar səmimi şəkildə razılaşma əldə etmək istəyirlər.”
O, həmçinin ABŞ-ın İrana qarşı hücum qərarını müdafiə edərək bildirib ki, əgər bu addım atılmasaydı, hazırda nüvə silahına sahib bir İranla üz-üzə qalmaq mümkün idi. Onun sözlərinə görə:
“Əgər onların nüvə silahı olsaydı, hamını köməyə çağırmaq məcburiyyətində qalardınız və bu, istənilən bir vəziyyət olmazdı.”
Tramp daha əvvəl qeyd edib ki, İranla danışıqların ikinci mərhələsi yaxın iki gün ərzində baş tuta bilər.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
