Dollar/TL valyutası cümə axşamına 45,20 TL səviyyəsində başlayıb. Avro isə güclü dolların təsiri ilə geriləyərək 52,72 TL-dən açılıb.
ABŞ Mərkəzi Bankı – Federal Reserve (Fed) əsas faiz dərəcəsini 3,50–3,75% aralığında sabit saxlayıb. Qərar müharibə fonunda artan qeyri-müəyyənlik şəraitində qəbul edilib. Bildirilir ki, 4 üzv qərara qarşı çıxıb – bu isə 1992-ci ildən bəri ən yüksək etiraz göstəricisidir.
Bu iclas Fed sədri Jerome Powell üçün sonuncu olub. Onun səlahiyyət müddəti 15 mayda başa çatır. Yerinə təsdiqlənəcəyi təqdirdə Kevin Warsh keçəcək.
ABŞ-ın Hörmüz Boğazı üzərində blokadanı davam etdirəcəyi ilə bağlı açıqlamalar neft qiymətlərini sürətlə yüksəldib. Brent nefti 114 dolları keçib, iyun fyuçersləri isə 126 dollardan yuxarı qalxıb.
Neft ticarətinin əsasən dollarla aparılması səbəbindən qiymət artımı dolların digər valyutalara qarşı güclənməsinə də təsir göstərir. Dollar indeksi 99 səviyyəsinə qədər yüksəlib.
Bu gün ölkə daxilində Türkiyə Mərkəzi Bankının məlumatları açıqlanacaq. Xaricdə isə Avropa Mərkəzi Bankı faiz qərarını elan edəcək.
Mənbə: Haber Global
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
