Gundelik.az Xəbərlər İqtisadiyyat Danimarka Aİ-ni Rusiya LNG qadağasından çəkindirməyə çalışır
Dünya İqtisadiyyat Xəbərlər

Danimarka Aİ-ni Rusiya LNG qadağasından çəkindirməyə çalışır

Avropa İttifaqı (Aİ) Avropa Komissiyasının 2026-cı ildən Rusiya təchizatçılarından mayeləşdirilmiş təbii qazın (LNG) alınmasına dair təklif etdiyi qadağanı qəbul etməmək imkanını nəzərdən keçirir.

Gundelik.az xəbər verir ki, bu barədə “Bloomberg məlumat yayıb.

Agentliyin əldə etdiyi sənədə görə, ilin sonuna qədər Aİ-yə sədrlik edən Danimarka Moskvanın enerji tədarükündən asılılığı azaltmaq məqsədilə hazırlanan tənzimləmə layihəsindən LNG terminalı xidmətlərinə qoyulan qadağanın çıxarılmasını təklif edib.

Qeyd olunur ki, Aİ tərəfindən hazırlanmış qadağa 2026-cı ildən qüvvəyə minə bilərdi. Bu halda, uzunmüddətli terminal gücü rezervasiyası etmiş Rusiya şirkətləri Aİ-nin digər mənbələrdən qaz idxalına mane ola bilərdi. Bunun əvəzinə, yeni təklifə əsasən, üzv ölkələr terminal potensialının həddən artıq yüklənməsinin qarşısını milli tənzimləyicilər vasitəsilə hüquqi mexanizmlərlə alacaq. Diplomatların sözlərinə görə, oxşar qaydalar Aİ-nin qaz sektorunda artıq mövcuddur.

Məlumatda bildirilir ki, Slovakiya və Macarıstan istisna olmaqla, Aİ 2026-cı il iyunun 17-dən bir ildən az müddətli müqavilələr çərçivəsində Rusiya qazının tədarükünü dayandırmağı planlaşdırır. Uzunmüddətli müqavilələr üzrə tədarüklərə qadağa isə yalnız 2027-ci ilin sonuna qədər qüvvəyə minə bilər.

Xatırladaq ki, 2025-ci ilin əvvəlində Avropa Komissiyası Rusiya qazından imtina ilə bağlı yeni plan hazırlamışdı. Təklifə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən Rusiya ilə yeni qaz müqavilələrinin bağlanması qadağan olunmalı idi. Bu mexanizmin qəbul olunması yekdillik tələb etmir.

Gundelik.az 

Exit mobile version