İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Danimarka ABŞ rəsmisini Qrenlandiyada casusluq iddiaları ilə əlaqədar XİN-ə çağıracaq

Danimarka ABŞ-nin Kopenhagendəki səfirliyinin müvəqqəti işlər vəkilinin Qrenlandiyada kəşfiyyat fəaliyyətinin artırılması ilə bağlı ABŞ kəşfiyyat bölmələrinə tapşırıq verildiyinə dair iddialardan sonra Xarici İşlər Nazirliyinə (XİN) çağırılacağını açıqlayıb.

Gundelik.az Danimarka mediasına istinadən xəbər verir, bu barədə ölkənin XİN rəhbəri Lars Lokke Rasmussen jurnalistlərə açıqlamasında deyib.

ABŞ kəşfiyyat agentliklərinin Qrenlandiyada casusluq fəaliyyətlərini artıracaqlar iddiaları ilə bağlı xəbərlərin narahatlıq doğurduğunu bildirən Rasmussen ABŞ-nin Danimarka səfirliyinin müvəqqəti işlər vəkili Cennifer Hall Qodfrinin iddiaların doğruluğunu yoxlamaq üçün nazirliyə çağırılacağını bildirib.

ABŞ-nin Qrenlandiyada kəşfiyyat fəaliyyətini artırdığı iddia edilir

“The Wall Street Journal”ın məlumatına görə, ABŞ administrasiyası Qrenlandiya ilə bağlı kəşfiyyat fəaliyyətini artırmağa qərar verib və bu çərçivədə kəşfiyyat orqanlarına bölgədə daha aktiv rol alması üçün göstəriş verib.

Nəşr yazır ki, bu hadisələr ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı almaq istəyini daha əvvəl ifadə etdiyi reallaşma yolunda ilk konkret addımlardan biri hesab olunur.

Tramp vəzifədə olduğu ilk günlərdən Qrenlandiya ilə bağlı “almaq, ilhaq etmək və ya nəzarəti ələ keçirmək” kimi açıqlamalar verib.

Mart ayında ABŞ Konqresində çıxış edən Tramp demişdi: “Qrenlandiya milli təhlükəsizlik və hətta qlobal təhlükəsizlik baxımından çox vacibdir. Biz bunu əldə etmək üçün bütün tərəflərlə işləyirik. Biz bunu bu və ya digər şəkildə əldə edəcəyik”.

Gundelik.az