İnfeksionist və Mikrobiologiya mütəxəssisi Dr. Mehmet Uluğ yay aylarında hovuzlardan istifadə zamanı gigiyena və xlor balansına diqqət yetirilməsinin vacibliyini bildirib. Lazımi gigiyena qaydalarına əməl olunmadıqda hovuzlar müxtəlif infeksiyalara səbəb olur.
Həzm sistemi infeksiyalarına diqqət
Çirkli hovuzlarda Salmonella, Shigella və E. coli kimi bakteriyalar ishal, qarın ağrısı, yüksək hərarət, ürəkbulanma və qusmaya səbəb olur. Mütəxəssis hovuz suyunun udulmamasını tövsiyə edir.
Xarici qulaq yolu infeksiyası yaranır
Hovuzda uzun müddət qalmaq qulaq kanalındakı qoruyucu baryeri zədələyir. Nəticədə sudakı və ya dəridəki bakteriyalar qulaqda infeksiyaya səbəb olur.
Gözlərdə qızartı və yanma
Hovuzdan sonra gözlərdə infeksiya, qızartı və yanma yaranır. Bakterial infeksiyalarda gözlərdə çirkli ifrazat və yapışma daha çox müşahidə olunur. Xlor balansının pozulması isə qızartı və yanma hissinə səbəb olur.
Qadınlarda infeksiya və sistit riski
Xlor səviyyəsi düzgün nəzarətdə saxlanılmayan hovuzlar qadınlarda infeksiya riskini artırır. Çirkli sudakı bakteriyalar sistitin yaranmasına da səbəb olur.
Mütəxəssislər hovuzdan istifadə zamanı suyun gigiyenasına, xlor səviyyəsinə və hovuzun ümumi təmizliyinə diqqət yetirməyi tövsiyə edir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
