1980-ci illərin sonunda Çində iqtisadiyyat yeni açılmağa başlayanda, məktəbi yarımçıq qoymuş gənc Ding Shizhong 600 cüt ayaqqabı ilə Pekinə gedir. Ayaqqabıları qohumunun fabrikində hazırlatmışdı və satışdan qazandığı pulla ilk emalatxanasını açaraq digər şirkətlər üçün istehsala başlayır.
Bu gənc sahibkar sonradan daha böyük planlar qurur və onun işi bu gün qlobal idman geyimi nəhənginə çevrilir.
Anta necə böyüdü?
1991-ci ildə əsası qoyulan Anta əvvəlcə Jinjiang şəhərində kiçik istehsalçı idi. Bu şəhər zamanla “dünyanın ayaqqabı paytaxtı”na çevrildi. Burada minlərlə zavod və təchizatçı bir araya gələrək ucuz və sürətli istehsal sistemi qurdu.
Şirkət:
Çində geniş satış şəbəkəsi qurdu
İdman tədbirləri və sponsorluqlarla tanındı
2007-ci ildə birjaya çıxaraq böyük investisiya cəlb etdi
Qlobal genişlənmə strategiyası
Anta bu gün təkcə öz məhsulları ilə deyil, beynəlxalq brendləri satın alaraq da böyüyür. Şirkətin portfelinə daxildir:
Arc’teryx
Salomon
Fila (Çin bazarı üzrə)
Həmçinin Amer Sports şirkətini alıb və Puma-da pay əldə edib.
Qərb bazarına çıxış
Anta artıq:
Çində 10 mindən çox mağazaya malikdir
Xaricdə yüzlərlə satış nöqtəsi açıb
ABŞ-da ilk mağazasını Beverly Hills ərazisində istifadəyə verib
Şirkət xüsusilə basketbol və idman ayaqqabısı bazarında güclənməyi hədəfləyir.
Çətinliklər və perspektiv
Anta-nın qarşısında əsas çətinliklər bunlardır:
Çin məhsulları ilə bağlı mənfi stereotiplər
Qərb bazarında güclü rəqiblər
Siyasi və iqtisadi gərginliklər
Buna baxmayaraq, şirkət Eileen Gu kimi məşhur idmançılarla əməkdaşlıq edərək brend dəyərini artırır.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
