ABŞ-nin Çin çiplərindən istifadənin qadağan edilməsi ilə bağlı tələblərinə əməl edən təşkilatlar və şəxslər qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət daşıyacaqlar.
Gundelik.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi bəyanat yayıb.
“ABŞ-nin tədbirlərini həyata keçirən və ya həyata keçirməyə kömək edən hər hansı bir təşkilat və ya şəxs Çin Xalq Respublikasının Xarici Sanksiyalar Qanununu və digər qanun və qaydaları pozmaqda şübhəli bilinəcək və müvafiq hüquqi məsuliyyət daşıyacaq”, – departament xəbərdarlıq edib.
ABŞ Ticarət Departamenti keçən həftə bildirib ki, “Huawei”nin “Ascend AI” çiplərindən istifadəsi dünyanın istənilən yerində ABŞ-nin ixrac nəzarətini pozur.
Bununla əlaqədar, Çin Ticarət Nazirliyi qeyd edib ki, ABŞ-nin tədbirləri qlobal yarımkeçirici istehsal zəncirinin sabitliyinə ciddi ziyan vuran və digər ölkələri yüksək texnologiyalı sənayeləri inkişaf etdirmək hüququndan məhrum edən tipik birtərəfli zorakılıq və proteksionizm təcrübəsi təşkil edir.
“Çin ABŞ-nin tədbirlərinin həyata keçirilməsinə böyük diqqət yetirir və onun qanuni hüquq və maraqlarını qorumaq üçün qətiyyətli tədbirlər görəcək”, – deyə departamentdən bildirilib.
“ABŞ-ni öz səhv təcrübələrini dərhal düzəltməyə, beynəlxalq iqtisadi və ticarət qaydalarına riayət etməyə və digər ölkələrin elmi və texnoloji inkişaf hüququna hörmət etməyə çağırırq”, – məlumatda vurğulanır.
Gundelik.az

