İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Çində hərbi paradda ilk dəfə nüvə triadası nümayiş etdirilib

Pekində keçirilən hərbi paradda Çin ilk dəfə olaraq strateji quru, dəniz və hava qüvvələrini birgə nümayiş etdirərək nüvə triadasını təqdim edib.

Gundelik.az xəbər verir ki, tədbir zamanı havadan buraxılan “Jinlei-1” raketi, sualtı qayıqdan buraxılan “Julanq-3” qitələrarası ballistik raketi, eləcə də quruda yerləşən “Dongfeng-61” və “Dongfeng-31” qitələrarası raketləri nümayiş olunub.

Çinin rəsmi xəbər agentliyi “Sinxua” bildirib ki, bu, Tiananmen meydanında keçirilən Qələbə Günü hərbi paradında ölkənin strateji qüvvələrinin nüvə üçlüyü kimi ilk təqdimatı olub.
Parad Çin Xalqının Yaponiyaya qarşı Müqavimət Müharibəsində və Dünya Antifaşist Müharibəsində Qələbənin 80 illiyi münasibətilə təşkil edilib.

Gundelik.az