İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Cinayət törədən 52 nəfər SAXLANILDI

İyunun 7-də və 8-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Gundelik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 28, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Gundelik.az