Gundelik.az Dünya Çin bəzi Kanada malları üçün tarifləri ləğv edəcək
Dünya Siyasət Xəbərlər

Çin bəzi Kanada malları üçün tarifləri ləğv edəcək

Çin Ticarət Nazirliyi mövcud ayrı-seçkiliyə qarşı tədbirləri tənzimləyəcək və Kanadadan idxal edilən bəzi mallara əlavə rüsumları ləğv edəcək.

Gundelik.az xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilib.

“Çin və Kanada bu yaxınlarda müvafiq ticarət və iqtisadi məsələləri həll etmək üçün ilkin birgə razılığa gəliblər və Kanada hökuməti rəsmi olaraq Çindən idxal edilən polad və alüminium məhsullarına əlavə rüsumlar kimi məhdudlaşdırıcı tədbirlərə qismən düzəliş etdiyini elan edib. Bu konsensusdan sonra Pekin müəyyən kateqoriyalı Kanada məhsullarına cavab rüsumları tətbiq etməmək qərarına gəlib”, – məlumatda deyilir.

Yenilənmiş qayda 1 mart – 31 dekabr 2026-cı il tarixləri arasında qüvvədə olacaq. Qurum əlavə rüsumlardan azad ediləcək dəqiq malların ayrıca siyahısını dərc edəcək.

Exit mobile version