Çin avqustun 13-dən etibarən Litvanın UAB Urbo Bankas və AB Mano Bankas maliyyə qurumlarına qarşı məhdudiyyətləri genişləndirərək Avropa İttifaqına cavab sanksiyaları tətbiq edib.
Gundelik.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
Nazirliyin bəyanatında bildirilir ki, Çində təşkilat və şəxslərin adıçəkilən banklarla hər hansı əməliyyat aparması və əməkdaşlıq etməsi qadağandır.
Qurum qeyd edib ki, Çin şirkətləri və maliyyə institutlarının Aİ-nin son anti-Rusiya sanksiyaları paketinə daxil edilməsi əsassız ittihamlar üzərində qurulub.
Xatırladaq ki, iyul ayında Aİ Şurası Rusiyaya qarşı 14 fiziki və 41 hüquqi şəxsə, o cümlədən Çin də daxil olmaqla bir sıra üçüncü ölkələrdə qeydiyyata alınmış 18 təşkilata şamil edilən 18-ci sanksiyalar paketini təsdiqləyib.
Gundelik.az
