Çin hökuməti 15-ci beşillik planın (2026-2030) həyata keçirilməsi zamanı ölkə əhalisinin orta ömür müddətini 80 ilə çatdırmağı planlaşdırır.
Gundelik.az xəbər verir ki, bu barədə hökumətin iş hesabatında bildirilib.
Sənədin mətninə görə, bu məqsədə çatmaq üçün hakimiyyət orqanları “Sağlam Çin”in qurulması prosesini sürətləndirmək və Çini idman gücünə çevirmək niyyətindədirlər.
Bildirilib ki, son 5 ildə əhalinin orta ömür uzunluğu 79,25 ilə qədər artıb.
