İyul 8, 2026
Baku
Siyasət Xəbərlər

Ceyhun Bayramov Avstriyaya gedib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 3-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Gundelik.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun 4-5 dekabr tarixlərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.