Ayağını maşından çölə çıxarıb şou göstərən şəxs cəzalandırıldı
Magistral yolda ayağını avtomobilin pəncərəsindən çölə çıxardan şəxs barəsində tədbir görülüb. Bu barədə Gundelik.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Bildirilib ki, bir sıra media resurslarında “Mercedes” markalı nəqliyyat vasitəsində sərnişinin hərəkət zamanı ayaqlarını avtomobilin pəncərəsindən çölə çıxarmasına dair yayılan videogörüntülər araşdırılıb: “Araşdırmalarla nəqliyyat vasitəsinin sürücüsü Anar Sadıxzadə və sərnişini Fərid Mikayılov müəyyən
