Yaponiya avtomobil istehsalçısı “Toyota Motor Corp.” 2025-ci ilin birinci yarısında avtomobil tədarükünü illik müqayisədə 5,5% artıraraq 5,159 milyon ədədə çatdırıb.
Bu barədə Gundelik.az şirkətə istinadən xəbər verir.
Məlumata görə, artım iki il ərzində ilk dəfə qeydə alınıb və bu rəqəm bu dövr üçün rekorddur.
“Toyota”nın qlobal satışları, o cümlədən onun törəmə markaları “Daihatsu Motor” və “Hino Motors” cari ilin yanvar-iyun aylarında illik müqayisədə 7,4% artaraq 5,544 milyon avtomobilə çatıb. Şirkətin Yaponiyada satışları 27,4% artaraq 1,049 milyon avtomobilə, xaricə satışlar isə 3,6% artaraq 4,495 milyona çatıb.
ABŞ-də isə avtomobil istehsalçısının satışları 4,2 faiz artaraq 1,236 milyon ədədə çatıb.
İlin birinci yarısında şirkətin ümumi avtomobil istehsalı 8,8% artaraq 5,523 milyon ədədə yüksəlib.
2025-ci ilin əvvəlindən “Toyota”nın bazar kapitallaşması 12,8% azalıb.
Gundelik.az
