İyul 18, 2026
Baku

Xəbərlər

Siyasət Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfərə gəlib. Gundelik.az xəbər verir ki, Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin ticarət üzrə müavini Nökərqulu Ataqulıyev və digər rəsmi şəxslər qarşıladılar.

Read More
Dünya Xəbərlər

Kolumbiyada hərbi baza yaxınlığında partlayış: ölən və yaralananlar var

Kolumbiyanın Kali şəhərində hərbi hava bazası yaxınlığında bombalı hücum olub. Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər həyatını itirib, 36 nəfər isə yaralanıb. Yaralıların əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir. Valle del Kauka bölgəsində yerləşən Marko Fidel Suares Hərbi Hava Bazası yaxınlığında bomba yüklü yük maşını partladılıb. Partlayış ətrafdakı

Read More
Dünya Xəbərlər

Nigeriyada daşqınlar 228 nəfərin həyatına son qoydu

Nigeriyada bu il güclü yağışların yaratdığı daşqınlar nəticəsində 228 nəfər həlak olub. Gundelik.az Nigeriya Milli Fövqəladə Halların İdarə Olunması Agentliyinə (NEMA) istinadən xəbər verir ki, daşqınlar ölkənin 25 ştatında ciddi fəsadlara səbəb olub. Rəsmi açıqlamaya görə, təbii fəlakət zamanı 495 nəfər yaralanıb, 114 nəfər isə itkin düşüb. Bundan əlavə, 71 min 400 nəfər məcburi köçkünə

Read More
İqtisadiyyat Xəbərlər

Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin təməli qoyulur

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu layihəsinin təməlqoyma mərasimi ilə bağlı açıqlama verib. Gundelik.az-ın məlumatına görə, nazir bildirib ki, təxminən 110 milyard lirə investisiya dəyərinə malik olacaq bu layihə region üçün strateji əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin vacib həlqəsi Uraloğlu vurğulayıb ki, yeni dəmir yolu xətti Zəngəzur dəhlizinin ayrılmaz hissələrindən biri olacaq:

Read More
Dünya Xəbərlər

İran qərb hava məkanını bağladı

İran Silahlı Qüvvələri ölkənin qərb bölgəsində keçirilən hərbi təlimlər səbəbindən hava məkanını müvəqqəti olaraq bağlayıb. Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir. Avqustun 21-22-ni əhatə edən müddət üçün qərb bölgələrinin səmasında uçuşlara məhdudiyyət tətbiq olunması ilə bağlı NOTAM (aviatorlar üçün bildiriş) yayımlanıb. Müdafiə strukturlarının məlumatına görə, qərb bölgələrində silsilə hərbi təlimlər davam edir. Gundelik.az 

Read More
Ölkə Xəbərlər

Fermer Çağrı Mərkəzi yaradılacaq

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Fermer Çağrı Mərkəzi yaradılacaq. Gundelik.az-ın məlumatına görə, həmçinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə inteqrasiya üçün avadanlıqlar da satın alınacaq. Belə ki, nazirlik artıq bununla bağlı müvafiq işlərə başlayıb. Nazirlik sözügedən işlərin 641 173 manata başa gələcəyini proqnozlaşdırıb. Gundelik.az 

Read More
Ölkə Xəbərlər

Prezident Kəlbəcər şəhər parkının təməlini qoyub

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub. Gundelik.az xəbər verir ki, şəhərin müfəssəl Baş planına uyğun olaraq layihələndiriləcək yeni park kompleksi təxminən 11 hektar ərazini əhatə edəcək. Bu sahənin təxminən 9 hektarında yaşıllıqlar salınacaq. Parkda rayonun ictimai və mədəni həyatında baş verən tədbirlərin təşkili üçün xüsusi zonalar, idman və sağlamlıq guşələri,

Read More
Ölkə Xəbərlər

Azərbaycanda zəlzələ oldu

Siyəzən rayonunda 3.6 maqnitudalı zəlzələ olub. Gundelik.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Saat 17:17-də qeydə alınan zəlzələ 47 kilometr dərinlikdə baş verib. Gundelik.az

Read More
Dünya İqtisadiyyat Xəbərlər

Aİ ABŞ-dən 750 milyard dollarlıq enerji alacaq

Avropa İttifaqı (Aİ) və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında imzalanmış ticarət üzrə çərçivə sazişi Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ABŞ prezidenti Donald Trampın iyulun 27-də əldə etdiyi razılaşmaları təsdiqləyib. Gundelik.az xəbər verir ki, sazişə əsasən, Avropa İttifaqı 2028-ci ilə qədər ABŞ-dan ümumilikdə 750 milyard dollar dəyərində enerji resursları alacaq. Avqustun 21-də dərc

Read More
Dünya Xəbərlər

Kamçatka sahillərində zəlzələ olub

Kamçatka diyarı sahillərində 6 maqnitudalı zəlzələ qeydə alınıb. Gundelik.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə RF Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatında deyilir. Zəlzələ ocağı Sakit okeanda təxminən 46 km dərinlikdə yerləşib. Son 24 saat ərzində 19 dəfə 4-5,6 maqnitudalı afterşoklar qeydə alınıb. Gundelik.az

Read More