Zəngəzur dəhlizi Azərbaycana nə qədər gəlir gətirəcək? – İqtisadçıdan AÇIQLAMA
Ötən il bir neçə dəfə rast gəlmişdim, bu il də Zəngəzur dəhlizinin Azərbaycana nə qədər gəlir gətirəcəyi ilə bağlı müxtəlif rəqəmlərin səsləndirilməsinə rast gəlmək olur.Amma bu yanaşma peşəkarlıqla uzlaşmır. Çünki Zəngəzur dəhlizinin gətirəcəyi gəliri hesablamaq üçün bir çox əsas sualların cavabı hələ məlum deyil. Gundelik.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov fikirlərini bölüşüb.
