İyul 26, 2026
Baku

Xəbərlər

Xəbərlər

Tramp Sorosun ABŞ-dəki etirazlarda rolunun olduğunu iddia edib

ABŞ Prezidenti Donald Tramp macar əsilli amerikalı milyarder Corc Sorosun hökumət əleyhinə keçirilən “Krallar yoxdur” adlı etiraz aksiyalarında iştirak etdiyini iddia edib. Gudelik.az xəbər verir ki, prezident jurnalistlərə açıqlamasında etirazların ölkəni təmsil etmədiyini bildirib. “Mən bütün bu yeni plakatlara baxdım… Təsəvvür edin, onların pulunu kim ödəyib? Soros və digər solçu dəlilər”, – deyə Tramp “Air

Read More
Ölkə Xəbərlər

AZAL qəza enişi edən təyyarə ilə bağlı MƏLUMAT YAYDI

20 oktyabr 2025-ci il tarixində Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirən “Airbus A320” təyyarəsi, geri qayıdaraq Pulkovo hava limanına təcili eniş edib. AZAL-dan Gundelik.az-a verilən məlumata görə, “Airbus A320” tipli bu sərnişin təyyarəsi AZAL-ın parkında istismara verildiyi vaxtdan etibarən mütəmadi olaraq tam texniki baxışdan keçirilib və Sankt-Peterburqdan

Read More
Dünya Xəbərlər

Ümumdünya Meteorologiya Təşkilatı: Milyonlarla insan təhlükəli hava hadisələri qarşısında həssasdır

Ümumdünya Meteorologiya Təşkilatı (WMO) milyonlarla insanın iqtisadi aktivlərə və həyati infrastruktura ciddi zərər vuran təhlükəli hava hadisələrinə qarşı qorunmasız qaldığını açıqlayıb. Bu barədə Gundelik.az quruma istinadən xəbər verir. Belə ki, Cenevrədə Ümumdünya Meteorologiya Təşkilatının yaradılmasının 75-ci ildönümünə həsr olunmuş Fövqəladə Sessiya öz işinə başlayıb. Sessiyanın əsas mövzusu təhlükəli hava hadisələrinə qarşı həyati xilasetmə tədbirlərinin gücləndirilməsi

Read More
İqtisadiyyat Xəbərlər

Azərbaycanda enerji sektoruna yatırımlar KƏSKİN ARTDI

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsinə 1,2 milyard manat sərf olunub. Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib. Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 2,5 dəfə çoxdur. Dövr ərzində sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi

Read More
Ölkə Xəbərlər

ANAMA-nın əməkdaşı Xocavənddə minaya düşdü

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) ekskavator operatoru xidməti vəzifəsini yerinə yetirərkən oktyabrın 20-də Xocavənd rayonunun Tağaverd kəndi ərazisində minaya düşüb. Bu barədə Gundelik.az-a ANAMA-dan məlumat verilib. Bildirilib ki, piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alan 1967-ci il təvəllüdlü İlqar Vəli oğlu Şirinovdur. O, hadisə yerindən təxliyə edilərək Xocavənd Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ

Read More
Elm və təhsil Xəbərlər

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illik yubileyi 200 min manata başa gələcək

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi ilə bağlı tədbir keçiriləcək. Gundelik.az-ın məlumatına görə, universitet artıq bununla bağlı müvafiq işlərə start verib. Belə ki, AzMİU hazırda tədbiri təşkil edəcək şirkəti müəyyənləşdirməkdədir. Eyni zamanda universitet yubiley tədbirinin keçirilməsinin 200 min manata başa gələcəyini proqnozlaşdırıb. Qeyd edək ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 1920-ci ildən

Read More
Ölkə Xəbərlər

“Məndən iki mənzil və 400 min manat istədilər” – Azər Maqsudov

Tanınmış alim Arif Acaloğlunu avtomobillə vuraraq ölümündə təqsirləndirilən həkim Azər Maqsudovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Gundelik.az “Report”a istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hadisə ilə bağlı rəy verən Ədliyyə Nazirliyinin Məhkəmə Eksperiza Mərkəzinin ekspertləri Təhmasib Bağırov və Lətif Əliyev ifadə veriblər. Azər Maqsudovun vəkili Musa

Read More
Ölkə Xəbərlər

Özəl klinikalarda yoxlama – 45 nəfər sertifikatsız işləyir

Cari il sentyabr ayının ortalarına qədər 149 özəl tibb müəssisəsində plandankənar, 85 özəl tibb müəssisəsində isə planlı yoxlamalar aparılıb. Gundelik.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib. Əlavə edilib ki, qeyd olunan dövrdə özəl tibb müəssisələrində həyata keçirilən yoxlamalar nəticəsində 45 işçinin sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərdiyi aşkarlanıb və bununla

Read More
Ölkə Xəbərlər

Azərbaycanda yeni şəxsiyyət vəsiqələrinin verilməsinə başlanıldı

Azərbaycan vətəndaşlarına verilən şəxsiyyət vəsiqələri dəyişib. Gundelik.az Modern.az-a istinadən xəbər verir ki, bir müddətdir vətəndaşlara yenilənmiş şəxsiyyət vəsiqələri təqdim edilir. Qeyd edək ki, avqust ayında Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri əlavə edilib. Məlumat şəxsiyyət vəsiqəsinin arxa hissəsində yerləşdirilib. Elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatlar

Read More
Dünya Siyasət Xəbərlər

Zelenski Putin və Trampın Budapeşt görüşünə şübhə ilə yanaşıb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiya liderləri, Donald Tramp və Vladimir Putin arasında Budapeştdə gözlənilən görüşə şübhə ilə yanaşdığını bildirib. Gundelik.az “RBC-Ukrayn”ya istinadən xəbər verir ki, Zelenski qeyd edib ki, ABŞ prezidenti müharibənin bitməsi üçün nəticəyə gətirəcək format axtarır. “Tramp müharibənin bitməsini istəyir və bunun üçün müəyyən format tapmağa çalışır. O, ‘Macar formatı’nın istədiyi

Read More