Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq. Gundelik.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 22-də gecə və səhər bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir. Gundelik.az
