Dövlət büdcəsindən 293 milyon manata yaxın vəsait geri qaytarılıb
Bu ilin yanvar–noyabr aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 292 milyon 704,3 min manat məbləğində vəsait geri qaytarılıb. Bu barədə Gundelik.az Maliyyə Nazirliyinə istinadən xəbər verir. Belə ki, geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino,
