İyul 27, 2026
Baku

Xəbərlər

Elm və təhsil Xəbərlər

Məktəblərdə 5 gün dərs olmayacaq

Orta ümumtəhsil məktəblərində 5 gün dərs olmayacaq. Gundelik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” qərarına əsasən, məktəblilərin qış tətili ənənəvi olaraq yanvar ayının son həftəsinə təsadüf edir. 2025–2026-cı tədris ilində də qış tətili 27–31 yanvar tarixlərini əhatə edəcək. Tətil müddəti başa çatdıqdan sonra fevralın 1-i

Read More
Ölkə Xəbərlər

Hava limanı yolunda sürət həddi bərpa edildi

Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Gundelik.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilir ki, bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “dumanlı hava” işarəsi

Read More
Dünya İqtisadiyyat Xəbərlər

Neft qiymətləri azalıb

Venesuela prezidentinin həbs edilməsi ilə bağlı siyasi gərginlik fonunda neft qiymətləri azalıb. Gundelik.az xəbər verir ki, “Brent” markalı neftin fyuçersləri 0,2% azalaraq bir barel üçün 61,62 dollara düşüb. “WTI” markalı neftin qiyməti isə 0,3% azalaraq bir barel üçün 58,15 dollar olub.

Read More
Ölkə Xəbərlər

Paytaxtın bir sıra yollarında tıxac var – SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Gundelik.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti

Read More
Dünya Hadisə Xəbərlər

Yaponiyada güclü zəlzələ olub

Yaponiyanın qərbində 6,2 maqnitudalı zəlzələ baş verib. Gundelik.az xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb. Simane prefekturasında qeydə alınan yeraltı təkanların episentri Yerin 10 kilometr dərinliyində yerləşib. Zəlzələdən sonra sunami təhlükəsi elan edilsə də, bir neçə dəqiqə sonra ləğv edilib.

Read More
Mədəniyyət və cəmiyyət Xəbərlər

Tovuzda Mədəniyyət Mərkəzinin təmirinə 383,5 min manat ayrıldı

Tovuz rayonunda yerləşən Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə başlanılır. Gundelik.az bu barədə Mədəniyyət Nazirliyi Əsaslı Tikinti və Təchizat MMC bununla bağlı hazırlıqları yekunlaşdırıb. Belə ki, qurum təmir işlərini “Azsur Group” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqavilənin maliyyə dəyəri 383 min 500 manat olaraq müəyyən edilib.

Read More
Mədəniyyət və cəmiyyət Siyasət Xəbərlər

Leyla Əliyeva Maskatda Sultan Opera Evində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Sultan Opera Evində olub. Gundelik.az xəbər verir ki, 2011-ci ildə rəsmi açılışı olan Opera Evi Omanın mədəniyyət və incəsənət sahəsində ən mühüm məkanlarından biridir. Musiqi gecələri, teatr tamaşaları, eləcə də konfrans və digər tədbirlərin təşkil olunduğu Opera Evində rəsm qalereyası da fəaliyyət göstərir. Sultan Opera Evi tərəfindən təqdim

Read More
Ölkə Xəbərlər

Məcnun Məmmədov sədri işdən çıxardı, Qoşqar Təhməzli vəzifə verdi – FOTO

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsi işdən çıxarılıb, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) işə düzəlib. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev vəzifəsindən azad olunub. Gundelik.az-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb. İnstitutun İdarə Heyətinin sədri vəzifəsinin icrası isə

Read More
Ölkə Xəbərlər

Naxçıvanda müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Naxçıvan şəhəri üzrə 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 nömrəli şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır. Gundelik.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata əsasən, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil

Read More
Ölkə Xəbərlər

Dağlıq ərazilərdə yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. Gundelik.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 6-da ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunacaq. Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

Read More