İyul 27, 2026
Baku

Xəbərlər

İqtisadiyyat Xəbərlər

Azərbaycanda pul bazası artıb

Bu il yanvarın 1-nə Azərbaycanda pul bazası 22,470 milyard manat təşkil edib. Gundelik.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata əsasən, bu, ötən ilin dekabrın 1-i ilə müqayisədə 341,8 milyon manat və ya 1,5% çoxdur. Eyni zamanda ölkədə pul bazası son 1 ildə isə 1,554 milyard manat və yaxud 7,4% artıb.

Read More
İqtisadiyyat Xəbərlər

Mərkəzi Bankın valyuta ehtiyatları 11,5 milyard dolları ötüb

Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11,515 milyard ABŞ dolları təşkil edib. Gundelik.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin dekabrın 1-i ilə müqayisədə 81,1 milyon ABŞ dolları və ya 0,7% çoxdur. Eyni zamanda AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 555,4 milyon ABŞ dolları və ya

Read More
Ölkə Xəbərlər

Dumanlı hava daha 2 gün davam edəcək

Hazırda ölkənin bəzi ərazilərində dumanlı hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətindən Gundelik.az-a verilən məlumata görə, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də Quba, Yevlax, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran və Astarada görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır: “Dumanın əmələ gəlməsinə səbəb gündüz saatlarında

Read More
Dünya Siyasət Xəbərlər

Tramp: Venesuela hakimiyyəti ABŞ-yə 30-50 milyon barel neft köçürəcək

Donald Tramp Venesuelanın müvəqqəti hakimiyyətinin ABŞ-yə 30-50 milyon barel neft köçürəcəyini açıqlayıb. Gundelik.az xəbər verir ki, bu barədə Tramp “The Truth Social”da yazıb. “Venesuelanın müvəqqəti hakimiyyətinin Amerika Birləşmiş Ştatlarına 30-50 milyon barel yüksək keyfiyyətli neft köçürəcəyini elan etməkdən məmnunam. Bu neft, bazar qiymətinə satılacaq. Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, bu pulun Venesuela və ABŞ xalqlarının xeyrinə istifadə

Read More
İqtisadiyyat Xəbərlər

Neft qiymətləri azaldı

Venesuelanın xam neft hasilatı ilə bağlı qeyri-müəyyənlik neft qiymətlərini azaldıb. Gundelik.az xəbər verir ki, “Brent” markalı neftin fyuçersləri 1,06 dollar və ya 1,7% azalaraq bir barel üçün 60,70 dollara enib. “WTI” markalı neftin qiyməti isə 1,19 dollar və ya 2% azalaraq bir barel üçün 57,13 dollara düşüb.

Read More
Dünya Hadisə Xəbərlər

Filippində güclü zəlzələ olub

Filippin sahillərində 6,4 maqnitudalı zəlzələ qeydə alınıb. Gundelik.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Zəlzələnin episentri təxminən 150 min nəfər əhalisi olan Santyaqo şəhərindən 27 km şərqdə yerləşib. Ocağın dərinliyi 58 km olub. Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Read More
Ölkə Xəbərlər

Bakının bir sıra yollarında sıxlıq yaşanır

Bakının bir sıra yollarında tıxac yaranıb. Gundelik.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

Read More
Ölkə Xəbərlər

“Memar Əcəmi” metrostansiyasının 4-cü çıxışı müvəqqəti bağlanacaq

“Bakı Metropoliteni” QSC-nin “Memar Əcəmi” stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə başlanılır. Bu barədə Gundelik.az-a səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, keçidin divarlarında 260 kvadratmetr sahədə köhnə üzlüklər sökülərək mərmər analoqları ilə əvəz olunacaq, döşəmədə 370 kvadratmetr sahədə mozaika üzlük qranitlə dəyişdiriləcək. Təhlükəsizlik və işlərin operativ aparılması məqsədilə keçid qismən sərnişinlər üçün açıq olacaq və stansiyanın

Read More
İqtisadiyyat Xəbərlər

Palata: Naxçıvanın 2025-ci il büdcəsinin icra göstəriciləri proqnozu doğrultmayıb

Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcə layihəsində sadələşdirilmiş vergi üzrə gəlir proqnozları əvvəlki ilin icra nəticələri fonunda riskli hesab olunur. Gundelik.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Naxçıvan MR-nin 2026-cı il büdcə layihəsinə dair auditor hesabatında bildirilib. Hesabatda qeyd olunur ki, 2025-ci il üzrə sadələşdirilmiş vergi daxilolmaları proqnozu özünü doğrultmayıb. Belə ki, 2025-ci il

Read More
Dünya Siyasət Xəbərlər

Danimarka parlamenti ABŞ ilə münasibətlər üzrə təcili iclas keçirəcək

Donald Trampın Qrenlandiya ilə bağlı yeni açıqlamalarından sonra Danimarka və ABŞ arasındakı münasibətləri müzakirə etmək üçün bu gün Kopenhagendə parlamentin xarici işlər komitəsinin fövqəladə iclası keçiriləcək. Gundelik.az xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyi məlumat yayıb. Sessiya Kristianborq Sarayında keçiriləcək və Danimarka Parlamentinin üzvləri iştirak edəcək. Hökuməti xarici işlər naziri və müdafiə naziri təmsil

Read More