İyul 27, 2026
Baku

Xəbərlər

Ölkə Xəbərlər

Sabah hava necə olacaq?

Yanvarın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Gundelik.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 5-7, gündüz 8-11 dərəcə isti olacaq. Atmosfer

Read More
Hadisə Xəbərlər

Azərbaycanda həbs edilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib

Azərbaycanda həbs edilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib. Bu barədə Gundelik.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, dələduzluqda təqsirli bilinərək dövlətlərarası axtarışa verilmiş1992-ci il təvəllüdlü, Tacikistan vətəndaşı Mukhammadnido Nazarmukhammadzodanın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib. Mukhammadnido Nazarmukhammadzoda 2025-ci ildə Azərbaycanda müəyyən edilərək həbs edilib. “Mülki, ailə

Read More
Dünya Siyasət Xəbərlər

Türk Hava Yolları Tehrana uçuşları ləğv edib

Türk Hava Yolları İranın paytaxtı Tehrana uçuşları ləğv edib. Gundelik.az-ın AFP-yə istinadən verdiyi xəbərə görə, bu barədə İstanbul Hava Limanının applikasiyasında qeyd olunub.

Read More
İqtisadiyyat Xəbərlər

Azərbaycanın neft hasilatının azalması təsadüfidir, yoxsa zərurət və bu proses hara gedir?  

Diş məcunu bitəndən sonra onu bərk sıxmaqla bir neçə gün də içindəkiləri çıxarıb istifadə etmək olur. Amma bir gün gəlir nə qədər sıxılsa da ondan heç nə çıxmır. 2010-cu ildə 50 milyon ton səviyyəsini keçən Azərbaycanın neft hasilatı sonrakı illərdə tədricən və ardıcıl şəkildə azalır. Bu azalma təsadüfi deyil və dalğalanma kimi də qiymətləndirilə bilməz.

Read More
Siyasət Xəbərlər

“Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir” şüarının məntiqini ABŞ-ın siyasi və ekspert dairələri anlamalıdırlar” – ŞƏRH

Əgər Vaşinqton İran şahının varisi Rza Pəhləvini molla rejiminə yeganə alternativ kimi qəbul edirsə və ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə onunla görüşməyə hazırlaşırsa, Güney Azərbaycan fəallarının bundan sonra da gözləmə mövqeyində qalmasının mənfi nəticələri ola bilər. Təsadüfi deyil ki, dünəndən başlayaraq Güney Azərbaycan şəhərlərində hərəkətlənmə başlayıb. Vaşinqtondakı dairələr anlamalıdırlar ki, Güney Azərbaycan molla rejiminin

Read More
Ölkə Xəbərlər

Bu restoranlarda nöqsanlar aşkarlandı – FOTO

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində növbəti reydlər aparıb. Gundelik.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Yoxlama zamanı “Dostluq” restoranında ətlərin mənşəyini və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı aşkarlanıb. “Santo Mare”, “Duyğu”, “Şərur”, “Regnum” və “Oregano” restoranlarının menyularından “dəvə qutabı”nın çıxarıldığı və artıq

Read More
Hadisə Xəbərlər

Cəbrayıl və Füzulidə baş verən yanğın söndürülüb

Cəbrayıl və Füzulidə baş verən yanğın söndürülüb. Bu barədə Gundelik.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri və Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğınlar daha geniş sahəyə

Read More
Ölkə Xəbərlər

Ötən il uşağın anadan olmasına görə 98 mindən çox şəxsə birdəfəlik müavinət verilib

2025-ci ilin yanvar-dekabr ayları ərzində 98 min 381 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib. Gundelik.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Müavinət ödənişləri 45 274 nəfər qız, 53 107 nəfər oğlan uşağına görə aparılıb.

Read More
Siyasət Xəbərlər

Ermənistanlı nazir: “Azərbaycandan 7,6 min ton neft məhsullarının idxalını gözləyirik”

Ermənistan Azərbaycandan ümumi həcmi 7 600 ton olan neft məhsullarının idxalını gözləyir. Gundelik.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial şəbəkələrdəki hesabında bildirib. “2026-cı il yanvar 8-nə olan məlumata görə, Azərbaycan ərazisindən dəmir yolu vasitəsilə Ermənistana artıq 8 485 ton Rusiya taxılı çatıb. 4 103 ton taxıl, həmçinin 7 600 ton Azərbaycan

Read More
Hadisə Xəbərlər

Bakıda avtomobil yanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən Gundelik.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin tərəfindən “Opel” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Read More