Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 9-da Vatikanda Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leo ilə görüşüb və onu Azərbaycana dəvət edib. Bu barədə Gundelik.az-a QMİ-dən məlumat verilib. Papa XIV Leo Azərbaycandakı dini konfessiyaların birlikdə Vatikana gəlməsini sülh, insan qardaşlığı mühitində birgəyaşayışın mümkünlüyünün ən gözəl nümunəsi olaraq yüksək dəyərləndirib.
