ATƏT PA-nın qış sessiyasında
Milli Məclisin ATƏT Parlament Assembleyasındakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, nümayəndə heyətinin üzvləri Azay Quliyev, Sevinc Fətəliyeva və Tural Gəncəliyev qurumun 25-ci qış sessiyasında iştirak etmək məqsədi ilə fevralın 18-də Avstriyanın Vyana şəhərinə səfər edəcəklər. Sessiya çərçivəsində təşkilatın Daimi komitəsinin habelə Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan haqları və hümanitar məsələlər, İqtisadiyyat, elm, texnologiya və
