Qurban Qurbanov: İngiltərə klublarına qarşı matçlar bizim üçün böyük təcrübə oldu
İngiltərə klublarına qarşı çıxış etmək “Qarabağ” klubuna böyük təcrübə qazandırıb. Gundelik.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Nyukasl”a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib. Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib: “Əvvəlcə futbolçularıma təşəkkür etmək istəyirəm. Onlar Çempionlar Liqasında maraqlı futbol mövsümü keçirdilər. Cari mövsüm Çempionlar Liqasında
