Mərkəzi Bank “Resurs İnşaat”ı 31 min dollar cərimələdi – 600 mindən çox vergi borcu da var
Mərkəzi Bank “Resurs İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) yenidən cərimələyib. Gundelik.az Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkət barəsində 19 yanvar 2026-cı ildə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib olunub və işə məhkəmədə baxılıb. Məhkəmədə məlum olub ki, “Resurs İnşaat” MMC 2023-cü il tarixində Azərbaycandan 156750 min ABŞ dollarını kənara qabaqcadan ödəniş etməklə
